Təhsil gündəmi / 03 iyun 2021

Oyun Dünyam Etwinnig projesi başa çatır.

Bakı şəhəri 74№li tam orta məktəbin 3ç sinif müəllimi İradə Məlikova və şagirdlərinin  11 nəfər müəllimin, 60 nəfər şagirdin qatıldığı "Oyun Dünyam"   eTwinning layihəsi artıq son çalışmaları yerinə yetirir. Proje başa çatır. Layihənin yaradıcıları  Bədirnisə Quliyeva və Dilek Korkmazdır. Bu layihəyə qoşulmaqda məqsəd  uşaqları  pandemiya  zamanı  yaşadıqları ümidsizlik , evdə darıxmalar  vəs. bu kimi  duyğulardan uzaqlaşdırıb şən, özgüvən  olmasını hədəfləmək , dərsə, dərs oxumağa marağını artırmaq idi. Projemiz üç bölmədən ibarət idi.

Ailə Dünyam: Ailə ilə birlikdə müxtəlif əyləncəli, hərəkətli oyunlar oynanıldı, məqsəd ailə ilə çocuk arasında maraqlı vaxt keçirməyi hədəfləmək idi. 

Arkadaş Dünyam: Uşaqlar yaşıdları ilə oyunlar oynayaraq həm sosiallaşır,həm də oyun oynayaraq kurikulumun irəli sürdüyü tələblər əsasında öyrənirlər.

Web 2 Dünyam: Çeşidli web 2 alətləri vasitəsilə   şagirdlərimin həm  texnoloji bilgiləri , həm də özlərinə güvənləri artdı. Layihə həm də iştirakçı şagirdlərimizi fərqli ölkələrdən olan məktəbliləri tanımalarına yardımçı oldu.  Koronavirus pandemiyası dövründə bu layihə onlayn şəkildə yerinə yetirilir, müəllimlərin, məktəblilərin evdə qalaraq asudə vaxtlarının səmərəli təşkilinə, zamanlarıını dəyərləndirmələrinə çox faydalı olur.







https://www.blogger.com/blog/post/edit/6443046957469869030/8981799368259680918#