Təhsil gündəmi / 06 may 2021

NÜMUNƏ ƏN YAXŞI TƏRBİYƏDİR

Azərbaycan məktəbi, Azərbaycan müəllimi zəkalı, istedadlı dühaların yetişdirilməsində, formalaşdırılmasında gördüyü işlərlə  haqlı olaraq iftixar hissi keçirir. Şəxsiyyətin, zəkanın, dühanın qiymətləndirilməsini, onların timsalında yeni nəsillərin formalaşdırılmasını özünün  əsas iş istiqaməti hesab edir. Təlim-tərbiyə prosesinin yenidən qurulması üçün zamanın tələbləri ilə ayaqlaşmaq üçün məktəblərimiz və pedaqoqlarımız müəyyən bir nümunəni əldə rəhbər tutaraq gənc nəslin formalaşmasına  diqqətlə yanaşırlar.

      Bilirik ki, zəka sahibləri olan insanlar ilahi qüdrətin əlamətlərinin əsas daşıyıcılarıdırlar. Zəkalı insanın iradəsi parlaq və güclü olur.Dövlətçilik tarixindən bəllidir ki, dühalarını tanımayan, onların ideyalarını mənimsəməyən xalq özünü dərk edə bilməz, özünü dərk etməyən xalq isə güclü dövlət yarada bilməz. Dühaların ideyaları qüdrətli, alicənab şəxsiyyətlərin xarakterində təcəssüm etdikcə insanlığın bütün ali cəhətlərini özündə birləşdirir, bəşər təbiətini bitkin və kamil formasını nümayiş etdirir. Parlaq zəka ilə qüdrətli iradəni özündə birləşdirən şəxsiyyətlər dünya xoşbəxtliklərinin ən uca zirvələrini fəth edirlər. Zəkanın vüsəti tarixi şəraitin qanunauyğunluqlarını düzgün dərk etməkdə, xarakterin qüdrəti isə onu tarixin ümumi inkişafının mühüm məqamlarına uyğun idarə etməkdir.

Zəka bəşəriyyətin əsas hərəkətverici qüvvəsidir. O, günəşdən fərqli olaraq insanların beynini işıqlandırır, gözdən fərqli olaraq mahiyyəti və gələcəyi görür, bütün yarananlardan fərqli olaraq Allahı dərk edir.

  Azərbaycan məktəbi böyük iftixar hissi keçirir ki, onun yetirmələri içərisində zəkalı insanlar, böyük dühalar var. Onlardan öyrənməyə, onların simasında yeni-yeni sağlam nəsillərin formalaşmasına xidmət etmək təqdirə layiqdir. Öyrənməli, öyünməli şəxsiyyətlər içərisində Ulu öndər Heydər Əliyev  fenomeni vardır. Heydər Əliyev nümunəsində bilikli, savadlı, zəhmətsevər, daim öyrənən və öyrədən, xalqına layiqincə xidmət edən nəslin formalaşdırılması bugünkü qayğılarımızdan biridir.  Hər şeydən əvvəl ona görə ki, cəmiyyətimizin mədəni, əqidəli, fəal, daim axtarışda olan, xalq üçün, vətən naminə yaşayıb işləməyi bacaran vətəndaşlara ehtiyacı olduqca böyükdür. Təlim-tərbiyə prosesində təkzibolunmaz faktlarla H.Əliyev fenomeninin xarakterini, onun fəaliyyətini, xalqa xidmətlərini dünyada Azərbaycanı bir respublika kimi, azərbaycanlıları isə bir xalq kimi tanıtması səylərini onun parlaq zəkası və qüdrətli xarakterini, nə vaxt, harada, hansı şəraitdə işləməsindən asılı olmayaraq rəhbər və insan kimi fəaliyyətini, həyatının bütün sahələrində müdrikliyini və qətiyyətini zəka və iradəsinin ən ali, bitkin və kamil formalarını nümayiş etdirməklə dövləti möhkəmləndirməyi, xalqa xidmət etməyin əməli nümunələrinin geniş izahına daha böyük diqqətlə yanaşmalıyıq.

-İlahinin sevgisindənmillət istedadı olub,

Millətin rəhbərisə baxfitri istedadlı!

Əməlindəxidmətində daim nümunə olub

Öyrənməli nümunə!

Öyrənməyiöyrətməyidavranışıgörkəmi,

Həm səliqə-sahmanı.

Öz dilini sevməyisevdirməyi,

Elə arxalanmağıona arxa olmağı,

Millətinidövlətini dünyaya tanıtmağı!

Vətəninidininidilini qorumağı!

Yüksək mədəniyyətinatiqlik məharəti!

Ziyalıya diqqətiuşağa daqocaya dagəncə olan rəğbəti!

Yazıçınışairibəstəkarırəssamıhəm alimi,

Müəllimi nəzərdə saxlamağı!

Özü böyük məktəbdiröyrənməli nümunə!

Ən yaxşı tərbiyədir bilinbelə nümunə!

Heydər Əliyev  rəhbər, dövlət başçısı və şəxsiyyət kimi öz xalqına bağlı olduğunu daim əməlləri ilə sübut edib:

-İstedadlı olan millət fitri istedadına

Fenomen yaddaşına bil kihamı heyrət edir.

Ohamının dilin biliröz dilini o sevir,

Onun qiymətini biliröz dilini sevdirir!

Omemardıhəm tarixçi.

Oədibdirhəm yazıçımusiqiçi.

Orəssamdırhər sənətin dilin bilən.

Sənətkara qiymət verənsənətkardır.

Uşaqla uşaq kimiböyüklə böyük kimi,

Gözəl müsahib kimi nümunədir.

Hər bir işin yerin bilənyolun bilən.

Ayaq üstə dayanandaməclislərdə oturanda,

Böyük-böyük salonlarda,

Məsciddə Məkkədə Kəbədə 

Özünəməxsus olubözü kimi O olub!

          Xalqımızın gələcəyi olan gənc nəsil öz dühalarını, zəkalı insanlarını tanımaqla, ondan öyrənməklə bir daha dərk edirlər ki, parlaq zəkalar insanların beyinlərini işıqlandırır, onları vəcdə gətirir, güclü xarakter onların qəlbinə cəsarət verir, inamla böyük tarixi qələbələrə aparır. Tarixi qələbələr tarixi şəxsiyyətlərin nəsibidir. Bu cür amanlı nəsli formalaşdırmaqda bu gün Heydər Əliyev nümunəsi  var! Şübhəsiz ki, bu gün onun böyük şəxsiyyəti, bütün həyatı, davranışı ilə nümunə olmaq qabiliyyəti, insanlara yalnız sevinc, xoşbəxtlik bəxş etmək xisləti, öz işi və əməlləri ilə xalqına baş ucalığı gətirmək xidmətləri təlim-tərbiyə prosesində daha qabarıq şəkildə öyrənilməlidir. İftixar hissi ilə deyirik:

  Bəli, Azərbaycan məktəbi və Azərbaycan müəllimi fəxr edə bilər ki, onun H.Əliyev kimi yetirməsi var, ondan öyrənməklə, onun nümunəsində Azərbaycanın gələcəyi olan sağlam gənc nəsil tərbiyə olunur!

-Müstəqil olan dövlət bəli, yaşasın deyə,

Bəxş olunan müstəqillik əbədi olsun deyə”!

İstedadlı olan millət gərəkdir kiqorunsun!

Dövlətinidiliniöz simasını qorusun!

Zəkasınıdühasını tanısınonu sevib qorusun!

LAZIMDIR Kİ, NÜMUNƏNİ ÖYRƏNƏK!

Zülfiyyə Vəliyeva.

Respublikanın əməkdar müəllimi

       ADPU-nun  ETM:-Tətbiqi tədqiqatlar 

                                         bölməsinin elmi işçisi.    

Akademik  M.Mehdizadə mükafatı laureatı