Təhsil gündəmi / 03 may 2021

Arzu Çingiz: “Qarabağ Azərbaycandır”

Arzu Çingiz (Arzu Çingiz qızı Əliyeva) Şirvan şəhərində doğulub-böyüyüb. Hazırda orada yaşayır və  orta məktəblərdən birində müəllim kimi çalışır. İxtisasca ali təhsilli filoloqdur. Yaradıcılıqla məşğul olmaqdan əlavə yaşadığı regionun folklor örnəklərini toplamaqla məşğuldur. “Salyanın söz xəzinəsindən” adlı kitabı çapa hazırlanır.

         Bu şeir, Arzu Çingizin mətbuatda yayımlanan ilk yaradıcılıq örnəyidir.


Vətən mənim həyatım,

Qürurum mənəviyyatım,

Nəğməm, sözüm, bayatım,

Hər qarışı bir candır,

Qarabağ Azərbaycandır!


Yurdumuzun əsgəri,

Ərdir hər bir nəfəri.

Ordumuzun zəfəri

Ululara əyandır

Qarabağ Azərbaycandır!


Gülsün ana torpağım,

Qoy gur yansın ocağım,

Azaddır Qarabağım,

O, yenə bizə şandır,

Qarabağ Azərbaycandır!


Üzeyrimin ruhu şaddır,

Şuşamız daha azaddır.

Bizə qoldu-qanaddı,

Əsgərimin hər andı;

Qarabağ Azərbaycandır!


Uladı boz qurdumuz,

Azad oldu yurdumuz.

Bu yenilməz ordumuz,

Dövlətimə hayandır,

Qarabağ Azərbaycandır!