Təhsil gündəmi / 26 aprel 2021

TƏHSİL İDARƏÇİLƏRİNİN PEŞƏKARLIĞI

        Təcrübə göstərir ki, cəmiyyət qarşısında duran sosial və iqtisadi problemlərin həlli son nəticədə idarəetmədən, o cümlədən təhsilinin idarə olunmasının keyfiyyətcə yaxşılaşmasından asılıdır. İdarəetmə fəaliyyətinin əsasən texnologiyaların   və yeni qaydaların tətbiqinə tələbatı formalaşdırır. Bu məqsədlə aprel ayının 22- 25-də Azərbaycan Respublikası Təhsil İnstitutu dəstəyi, Təhsill İdarəçiləri Asossasiyası və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Təhsil İdarəçiliyi Beynəlxalq Konfransı”   keçrilən  konfransda 9 fərqli ölkədən yerli və beynəlxalq tədqiqatçılar, alimlər və təhsil işçiləri iştirak edirdi. Konfransında Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev  çıxışında təhsil siyasəti və təhsil inzibatçılığında qarşıda duran əsas vəzifələr ,  Təhsil Nazirliyi olaraq hər bir vətəndaşı əlçatan, keyfiyyətli və bərabər imkanlı təhsil hüququ ilə təmin etməyin əsas prioritetlərdən olduğu vurğulanmışdır.

Konfransda  100 yaşlı  Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov “Təhsildə dəyişikliklərin idarə olunması” mövzusunda çıxışında  müasir dövrün və gələcəyin təhsil çağırışları ilə səsləşən bir neçə aspekt üzrə önəmli məqamlar qeyd edilmişdir.  Konfrasda "Təhsildə liderlik və idarəetmə” bölməsinə ADPU-nun prorektoru dosent Eldar Aslanov ,"Təhsildə planlaşdırma və qiymətləndirmə" bölməsinə Əmkdar elm xadimi, Prof. Fəruxx Rüstəmov moderatorluq etmişlər. Konfranda ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Gülşən Eminovanın "İnkluziv təhsildə sinifin effektiv idarə edilməsinin məqsədi və əhəmiyyəti", ADPU-nun Quba filialının  Tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayevanın  "Onlayn təhsil -yeni model üzrə idarəetmə:Pandemiya dövründə regionlarda ali təhsil məmtəblərində təlim tərbiyə işinin təşkili;reallıqlar və prespektivlər" , ADPU-nun Riyaziyyat fakultəsinin dossenti Məlahət Abdullayevanın "Təhsildə tələbə fəaliyyətinin planlaşdırılması" mövzusunda çıxışlari  iştirakçılar tərəfindən maraqla  dinlənilmişdir. 


     Məktəbin demokratikləşdirilməsində şagird özünüidarəsinin rolu çox dəyərlidir, belə ki, məktəb şagirdləri cəmiyyətdə özünütəsdiqə hazırlayır və onlarda demokratik davranış normalarını formalaşdırmalıdır.

Prosesin əsas mərhələləri aşağıdakılardır: məqsədin müəyyənləşməsi, planlaşdırma, təşkil etmə, nəzərat, monitorinq, nəticələrin təhlili, kənara çıxmaların müəyyənləşdirilməsi və düzəlişlərin edilməsi. Təhlil xüsusi mərhələ olub idarəetmə fəaliyyətinin dərk olunmasıdır.


- Bu bütün səviyyələrdə idarəetmə praktikasında yaranmış təcrübənin ictimai tələbatların ödənilməsi, təhsil siyasətinin həyata keçirilməsinin hüquqi əsasları, onun sosial iqtisadi şəraitin ümumiləşdirilib qiymətləndirilməsi haqqında müxtəlif xarakterli informasiyaların sistemli şəkildə ümumiləşdirilməsi və yaradıcı münasibətlə öyrənilməsi deməkdir.

       - Planlaşdırma  təhsilin   sistemli idarə olunmasında mərkəzi yer tutur. O bütöv sistemin inkişafında əsas məzmunu müəyyənləşdirir və idarəetmənin bütün mərhələləri ilə bağlıdır, başqa sözlə təhlil, proqnozlaşdırma, nəzarət, nəticələrin korreksiya olunması bütün mərhələlərində həyata keçiriıir.

İdarəetmə metodlarının dəyişilməsi təhsil müəssisələrinin hüquqlarının genişlənməsi, onların müstəqilliyinin artmasına dəlalət edir. İdarəetmənin təştəşkilati mərhələsi planlaşdırılmış yaradıcı tapşırıqların yerinə yetirilməsi üsullarının seçimi, onların əlaqələndirilməsi və təhsilin istiqamətləri arasında əlaqələrin yaranması məqsədilə insanların birliyi, koordinə olunması və təlimatlandırılmasıdır. Nəzarət idarəetmə mərhələsi kimi idarəetmə sisteminin normativlərdən kənara çıxmasının, qarşıya qoyulmuş məqsədlərə nail olmanın keyfiyyət kriteriyalarının uyğunluğunun müəyyən edilməsidir. Yaxşı təhsil almış və intellektual səviyyəsi yüksək insanlar elmi tədqiqatlardan alınana nəticələri elmə (texnoligiyaya) çevirərək icra edirlər. Bu xüsusiyyətlərə sahib olan  insanlar ölkələrin  inkişafıda    istər iqtisadi, istərsədə siyasi sahədə uğurlara imza atırlar

Müasir dövrdə mütəxəssislərə idarə, müəssisə rəhbərlərinə prinsipcə yeni tələblərdiplom – yox, ixtisasını mükəmməl bilmək; vəzifə maaşı – yox əməyinə görə zəhmət haqqı; qərarları gözübağlı yerinə yetirmək yox,  işə yaradıcı münasibət və təşəbbüskarlıqla yanaşmaq tələbləri irəli sürülür. Rəhbər pedaqoji kadrların hazırlanması, seçilib yerləşdirilməsi, onlardan düzgün istifadə (iş şəraitinin yaradılması və tabeçilikdə olanların elmi əsaslarla idarə olunması) edilməsi təhsil sisteminin inkişafının, onun məzmunun müasir tələblərə cavab verməsidir. Bu problemə belə münasibətlə yanaşma, dərk etmək idarəetmə kadrlarının formalaşmasının mürəkkəb proses kimi qəbul edilməsi rəhbər pedaqoji kadrların hazırlanmasının, bütövlükdə onun sisteminin açıqlanmasına şərait yaratmış olar. Bu sistemə daxildir: - rəhbər kadrlar seçimi və ehtiyat kadrların hazırlanması; - idarəetmə kadrlarının peşə baza təhsili; -idarəetmə kadrlarının ixtisasının artırılması sistemi və operativ şəkildə onların səlahiyyətsizliyinin aradan qaldırılması; - hazırlanmış, təhsil almış səlahiyyətli kadrların təyinatı, vəzifədə irəli çəkilməsi, rəhbər işçilərin maddi-mənəvi stimullaşdırılması sisteminin yaradılması, rəhbər işçilərin professonal fəaliyyətinin təkmilləşməsi şəraitinin yaradılması faktiki olaraq kadr siyasətidirFikrimizcə mümkün təşkilatı, təhsili idarəetmə strukturlarının yaradılması təcrübədə Azərbaycan Dövlətinin qanunvericiliyinə uyğun yeni hüquqi aktların tətbiqi əslində vahid müasir təhsilin professonal idarəetmə kadrlarının hazırlanmasının vahid sisteminin yaradılması, formalaşdırılması ilə nəticələnməlidir. 

Təhsili idarə edənlər dedikdə:-Təlim-tərbiyə prosesi ilə məşğul olan müəssisələrə rəhbərlik edənlər, təsərrüfat fəaliyyəti ilə məşğul olanlar, maliyyə, hüquqi, informasiya, elmimetodik, təşkilati-texniki və təhsil müəssisələrinin fəaliyyətini təmin edən xüsusi idarəetmə funksiyalarını həyata keçirən işçilər başa düşülür. Əməyin məzmunundan və xarakterindən asılı olaraq idarəetmə kadrlarının üç əsas kateqoriyasını göstərmək olar: Rəhbərlər, mütəxəssislər və texniki heyət. Hər bir kateqoriya idarəetmə sistemində özünəməxsus spesifik rola malik olub, fəaliyyətlərinin xüsusiyyətləri ilə bir-birindən fərqlənirlər. Rəhbərlər – idarəetmə aparatının işçiləri xüsusi səlahiyyətlərə malik olub, əmək kollektivlərinə rəhbərlik edir, istiqamətləndirir, kollektivin fəaliyyətini tənzimləyir, öz vəzifələri, səla-hiyyətləri çərçivəsində idarəetmə qərarları qəbul edir və onların həyata keçirilməsinə məsuliyyət daşıyır. . Təhsildə aparılan islahatların həyata keçirilməsinin müvəffəqiyyəti məhz idarəetmə kadrlarından, onların səlahiyyətlilik səviyyəsindən, iqtisadi savadından, professonal funksiyaları düzgün bölmələrindən asılıdır. Yeni kadr siyasəti rəhbər işçinin müəyyən vəzifə borcunun yerinə yetirilməsinə uyğunlaşması yox, əslində onun şəxsiyyətinin inkişafı və universal fəaliyyətə hazırlığının sistemidir, idarəetmə kadrlarının professional səlahiyyətlilik səviyyəsinin üç komponenti özünü biruzə verir.

1) idarəetmə fəaliyyətinə bacarığın olması; 2) idarəetmə fəaliyyətinə hazırlıq; 3) idarəetmə fəaliyyətini təmin etmək üçün şəxsiyyətin professional əhəmiyyətli keyfiyyəti. Bu komponentlər birlikdə istifadə olunarsa, təhsil sisteminin qarşısında qoyulmuş məqsədlərin həyata keçirilməsi təmin edilər və təhsil sistemi idarəetmə fəaliyyətinin obyekti kimi təkmilləşər, yeni dəyərlərə istiqamətlənmə, yeni informasiya texnologiyalarının tətbiqi, kompüterləşdirmə, şəxsiyyətin inkişafında psixofiziki və antropoloji dəyişikliklərin baş verməsi əsas faktorlar kimi idarəetmə kadrlarının təhsil sisteminə təsir göstərir. Bu xarakter aşağıdakılardan ibarətdir: - Fərdin şəxsi keyfiyyətlərinin inkişafının, professional bilik və bacarıqlarının inteqrasiyası; - yeni informasiya texnologiyalarına yiyələnmək və kompüterdən istifadə edərək bilik, bacarıq, təfəkkür tərzini dəyişmək, insani keyfiyyətləri inkişaf etdirmək; - rəhbər işçi şəxsiyyətinin sosiallaşması təhsil və idarəçilik fəaliyyətində geniş komponentlilik, vətəndaş mövqeyi, insani keyfiyyətlərə yiyələnməyi və rəhbərlik etdiyi kollektivin fəaliyyətini və öz şəxsi həyatını təşkil etməyi bacarmalıdır. Bütün səviyyələrdə təşkilati münasibətlər sisteminin effektivliyinin artırılması idarəetmənin demokratikləşdirilməsinin mühüm məsələlərindən biridir. 


Bunun üçün məktəb bir sıra şərtləri yerinə yetirməlidir:

-direktor reformator olmalıdır, demokratik idarəetmənin mahiyyətini başa düşməlidir və kollegial qərarlara hazır olmalıdır;

-idarəetmənin demokratikləşdirilməsi üçün direktora “aşağıdan” dəstək lazımdır – müəllimlərin, şagirdlərin, valideynlərin fəal iştirakı;

 -fənn müəllimləri və sinif rəhbərləri demokratik idarəetmə bacarıqlarına yiyələnməklə şagirdlərdə bu bacarıqların formalaşmasına kömək edəcəklər.     Avtoritar məktəb idarəetməsində bu mümkün deyil, məktəb kollektivlərinin və təhsil idarəetmə orqanlarının vəzifələri ondan ibarətdir ki, öz xüsusiyyətlərini nəzərə almaqla pedaqoji prosesin hər bir iştirakçısının özünüidarəsinin inzibati, kollektiv idarəsinin optimal uzlaşmasını müəyyən etsinlər. 

       Bu vəhdətin təmin olunması məktəbdaxili idarəetmənin demokratikləşdirilməsinin mühüm yoludur.


                                                    Zülfiyyə   Vəliyeva

                                          Respublikanın Əməkdar Müəllimi

       ADPU ETM –Tətbiqi tədqiqatlar bölməsinin   elmi işçisi

      “Müəllimlərin Peşəkarlıq səviyyəsinin İnkişaf etdirilməsi”

                          Layihəsi  üzrə Milli   məsləhətçi