Təhsil gündəmi / 05 aprel 2021

Pedaqoji təcrübə tələbələrin həyatında mühüm mərhələdir

Zülfiyyə Vəliyeva

ADPU-nun Təcrübə Komissiyasının üzvü

Respublikanın Əməkdar Müəllimi

    Təhsilalanın savadlı və səriştəli şəxs kimi formalaşmasında müəllimin təsiri onun akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən xeyli asılıdır.  Dövlət Strategiyasında göstərilir: “Müəllim amili təhsilalanın öyrənilməsi və inkişafı, naliyyətlərinin monitorinqi prosesində həlledici rol oynayır". Hazırda tələb olunan informasiyanın öyrənənlər tərəfindən qəbul olunaraq mənimsənilməsində olan problemlər ilbəil artdığından və mürəkkəbləşdiyindən tədris-təlim prosesində bunların xarakterik xüsusiyyətlərinin nəzərə alınması tələb olunur. Müasir cəmiyyətində pedaqoji yönümlü ali təhsil müəssisələrinin qarşısında, qloballaşma əsrinin tələblərinə uyğunlaşmaq üçün çox çətin problemlər durur. Ali məktəbdə təhsil alaraq gələcək müəllimlik fəaliyyəti üçün hazırlıq keçən tələbələr təhsil dövründə yeni pedaqoji texnologiyaları və innovasiyaları fəallıq və yaradıcılıqla mənimsəməli, peşəkar fəaliyyət üçün zəruri olan praktik ixtisas hazırlığına malik olmalıdırlar. Tələbələr tədris prosesi zamanı əldə etdikləri bilik və bacarıqları pedaqoji təcrübədə sınaqdan keçirirlər. Pedaqoji təcrübə tələbə-gənclərin müəllim kimi formalaşmasına səmərəli təsir edir.


 Müasir dövrdə pedaqoji kadrların peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsinə tələbkarlıq artır, həyatın diqtə etdiyi yeni keyfiyyətlərin qazanılması həyati zərurətə çevrilir. Müasir şəraitdə ali pedaqoji təhsil müəssisələrində kadr hazırlığı prosesinin məzmunu və təşkili əhəmiyyətli şəkildə dəyişir, kadr hazırlığının keyfiyyəti, gələcək müəllimlərin yalnız ixtisas üzrə deyil, pedaqoji-psixoloji, ümumtəhsil və peşəkarlıq üzrə mükəmməl bilik və kommunikativ bacarıqlara yiyələnməsi həyati tələbata çevrilir. Ali məktəb tələbələrinin peşəkar pedaqoji fəaliyyətə hazırlığının başlıca amillərindən biri onlarda pedaqoq şəxsiyyəti keyfiyyətlərinin, xüsusilə pedaqoji bacarıq, vərdiş və qabiliyyətlərin formalaşdırılması, peşəkar fəaliyyətə psixoloji hazırlığın təmin edilməsidir. Burada əsas diqqət yaxşı müəllim olmaq üçün zəruri olan keyfiyyətlərin müəyyənləşdirilməsi zərurətinin dərk edilməsinə və onların mənimsənilməsinə yönəldilməlidir. Ali məktəbdə təhsil alaraq gələcək müəllimlik fəaliyyəti üçün hazırlıq keçən tələbələr təhsil dövründə yeni pedaqoji texnologiyaları və innovasiyaları fəallıq və yaradıcılıqla mənimsəməli, peşəkar fəaliyyət üçün zəruri olan praktik ixtisas hazırlığına malik olmalıdırlar.

 

         15 fevral 2021-ci il tarixdən ADPU-da mövcud pandemiya şəraitinə uyğun onlayn formada pedaqoji təcrübəyə start verilmişdir. Bu məqsədlə  Microsoft Teams virtual platforması üzərindən pedaqoji təcrübənin distant (məsafədən) təşkilini təmin etmək məqsədilə hər bir metodist, pedaqoq və psixoloq üçün ayrıca komanda yaradılmış, təcrübəçi tələbələr müvafiq komandalara daxil edilmişdir. Vertual aləmdə təcrübənin təşkili ilə bağlı sınaq dərslərinin cədvəlləri hazırlanmışdır. Bununla yanaşı müəllilmlər üçün WhatsApp qrupu da yaradılmışdır.


            ADPU üzrə 4488 tələbə pedaqoji təcrübədə iştirak edir. Onlardan 2107-si bakalavr, 315-i magistratrant, 665 nəfər filial tələbələri, 230 nəfər yenidənhazırlanma təhsili üzrə dinləyicilər və 1171 nəfər isə ADPK-nin tələbələridir.

“Sosial iş” ixtisası üzrə təhsil alan IV tədris ilinin tələbələri (27 nəfər) yaz semestrində 15 fevral-24 may 2021-ci il tarixlərində (14 həftə) istehsalat təcrübəsi keçməlidirlər. Mövcud pandemiya şəraitində “Sosial iş” ixtisası üzrə təcrübənin əyani təşkili ilə əlaqədar “Azərbaycan Valideyn-Müəllim Assosasiyası” İctimai Birliyinin rəhbərliyi ilə “Sosial iş” ixtisası üzrə təcrübənin təşkili istiqamətində müzakirələr olmuş və nəticədə İB-də təcrübənin təşkil edilməsinə dair razılıq əldə edilmişdir. “Bundan başqa univiversitetimizin filialarında da onlayn təcrübəyə başlamışlar.  Agcabədi filialıda təcrübə ənənəvi qaydada keçirilir. Lakin eyni zamanda onlayn təcrübə üsullarını da mənimsəyirlər kı, yoluxma sayında artım olarsa, təcrübənin gedişinda ləngimələr olmasın.Pedaqoji təcrübənin əsas məqsədi tələbənin universitetdə aldığı nəzəri biliklərin onun tərəfindən öz əmək fəaliyyətində istifadəsini təmin etmək, onu yeni tədris üsulları və texnologiyalar ilə tanış etmək və əlbəttə ki, təcrübə şəraitində ona peşə vərdişlərini aşılamaqdır. Bu məqsədlə “LANDAU School” Ümumi Təhsil Müəssisəsinin ADPU-nun təcrübə proqramına cəlb olunması və əməkdaşlıq təklifini böyük məmnuniyyətlə qəbul etdik. Və “LANDAU School” Ümumi Təhsil Müəssisəsinin tədris işləri üzrə direktor müavini ilə təcrübə komissiyası üzvlərinin görüşü təşkil edilmiş, tələbələrə ilkin seçim mərhələsindən keçməklə, təcrübələrini müvəffəqiyyətlə başa vuran tələbələr sonda yekun qiymətləndirmədən keçib növbəti tədris ilində vakant iş yerlərinin sayına müvafiq olaraq iş təklifləri ala biləcəkləri bildirilmişdir. ADPU ilə “LANDAU School” Ümumi Təhsil Müəssisəsi arasında əməkdaşlıq nəticəsində müxtəlif ixtisaslar üzrə 16 nəfətr tələbəmiz müsabiqədən keçərək “LANDAU School” Ümumi Təhsil Müəssisəsində pedaqoji təcrübə keçmək hüququ qazanmışdır. SABAH qruplarından 18 tələbəmiz HƏDƏF liseyində ənənəvi qaydada təcrübə keçirlər.


ADPU-nun təcrübə komissiyası tətəfindən hazırlanmış 2020/2021-ci tədris ilində Azərbaycan Dövlət Pedaqoji Universitetinin bakalavriat və magistratura səviyyələrində pedaqoji, elmi-pedaqoji, elmi-tədqiqat, istehsalat,təcrübəsinin  təşkilinə dair xüsusi təlimat pedaqoji  təcrübəsinin mövcud pandemiya şəraitində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 sentyabr tarixli 221 nömrəli təsdiq olunmuş “Ali (orta ixtisas) təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na, Azərbaycan Dövlət Pedaqoji Universitetinin “2014-cü ildə təsdiq edilmiş tədris planlarına əsasən pedaqoji təcrübənin təşkili barədə” 3/104 nömrəli 22 iyun 2017-ci il tarixli əmrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nomrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11 sentyabr 2020-ci il tarixli F-424 nömrəli əmri ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə ali və orta ixtisas təhsili müəssisələrində tədris prosesinin təşkilinə dair Təlimat”ına və qüvvədə olan digər hüquqi normativ aktlara uyğun olaraq təşkili və keçirilməsini nəzərdə tutur.


2020-2021-ci tədris ilində pedaqoji təcrübənin təşkili ilə bağlı keçrilmiş onlayn seminarda Tədris işləri üzrə prorektor dossent Eldar Aslanov, Tədris Departamentinin direktoru dosent Sənan Əliyev, direktor müavini  dosent Ənvər İmanov, Təcrübə rəhbəri Qəmərxanım Qəribova, Təcrübə Komissiyasının üzvləri dossent Fəxrəddin Yusifov,  Əməkdar müəllim Zülfiyyə Vəliyeva pedaqoji təcrübənin tələbələrin əldə etdikləri bilik və bacarıqların aşkara çıxarılmasında mühüm rol oynadığını vurğulamışlar. Seminarda iştirak edən metodika, pedaqogika və psixologiya kafedralarının müdirləri, fakültə üzrə tərcübə rəhbərləri, ixtisaslar üzrə metodistlər, pedaqoqlar, psixoloqlar , pedaqoji təcrübə rəhbərlərinə metodiki təlimat və tövsiyələr verilmişdir. Pedaqoji təcrübənin başlanması ilə əlaqadar olaraq ADPU-nin bütün fakültələrində konfranslar keçrilmişdir. Bakı şəhər Təhsil idarəsi tətəfindən ayrılmış məktəblərdə Fevral ayının 15-də tələbərin pedaqoji təcrübəsi başlanmışdır. "Pedaqoji təcrübə gündəliyinin tərtibinə dair tövsiyələr" metodik vəsait pedaqoji təcrübə zamanı gündəlik tərtib etmək üçün təcrübəçi tələbələrə metodik kömək məqsədi daşıyır. Müəllim təhsil prosesinin istiqamətləndiricisi və koordinatoru rolu oynayır. “Öyrənənə hörmətlə yanaşmaq, Öyrədənin əsas göstəricisi olmalıdır” devizi altında çalışan müəllimlərimiz şagirdlərimizə elmlərin əsasını dərindən öyrənməyə və məktəbdə aldıqları bilikləri həyatda işlətməyə kömək etməlidir, təhsilin məzmunu uşaqlarımızda dərrakəni inkişaf etdirməyə, hadisələrin səbəblərini dərk etməyə və düzgün qərar qəbul etmək bacarıqları aşılamağa xidmət etməlidir. COVID-19-un dünyada, o cümlədən Azərbaycanda həyatımızın bütün sahələrində olduğu kimi, təhsil sistemində də hazırlanaraq həyata keçirilən tədbirlər Azərbaycan Respublikasında dövlət siyasətinin ifadəsidir.Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah tərəfindən ümumtəhsil müəssisələrində tədrisin dayandırılması “koronavirusa yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə verildiyini” bildirilməklə yanaşı, xüsusi karantin rejimi şəraitində yaranmış vəziyyətlə əlaqədar ölkədəki təhsil müəssisələrində təhsil alan kontingentin təhsildən ayrılmamasının təmin edilməsi başlıca ümdə vəzifə kimi göstərilir.   Mövcüd vəziyyətidə  distant dərslərin başlanılması üçün resurslar   işə salınmışdır. “COVID-19 pandemiyası böhran dövrlərində təhsilin məzmunu və formatına yenidən nəzər salmaq zərurəti yarandı. Bu böhran XXI əsr təhsilinin özəlliklərini qabartmaqla yanaşı, distant təhsili zərurətə çevirdi. Tələbələrin pedaqoji təcrübəsinin mövcüd şəraitə uyğun keşrilməsi ücün ADPU-nun Təcrübə Komissiyası tərəfindən  Təhsil Nazirliyinin bu istiqamətdəki təlimat və tövsiyələri əsasında hazırlanmış   metodiki təlimatı nəzərə alınaraq   Azərbaycan Dövlət Pedaqoji Universitetinin  rektoru, tarix elmləri doktoru professor Cəfər Cəfərovun rəhbərliyi ilə qısa zamanda müvafiq tədbirlər planı hazırlanmışdır. Universitetin Elmi şurasının   onlayn iclasının qərarına əsasən ADPU-nun bütün struktur bölmələrindən, o cümlədən Azərbaycan Dövlət Pedaqoji Kollecindən daxil olan məlumatlar ümumiləşdirilərək qarşıdakı müddət üçün fəaliyyət planının tərkib hissəsinə çevrilmişdir. Onlayn platformalarda bakalavr və magistratura səviyyəsində tələbələrin öz bilik və bacarıqlarını ifadə etmək üçün tələbələrə maksimum imkan yaradılması ,eyni zamanda  pedaqoji təcrübənin aparılmasını mövcud vəziyyətə uyğun olaraq, tələbələr tərəfindən Azərbaycan Respublikasında COVID-19 pandemiyasına görə tətbiq olunan xüsusi karantin şəraiti başlandığı tarixdən sonra bakalavriat və yenidənhazırlanma təhsili alan tələbə və dinləyicilərin pedaqoji (istehsalat) təcrübəsinin məsafədən təşkili prosesində tələbələrin yerinə yetirmiş olduqları işlər ixtisas üzrə təqdim edilən icmal, dərs planı, pedaqoji və psixoloji məsələləri əks etdirən yazılı elektron materiallar və s. ixtisaslar üzrə təcrübə rəhbərləri, metodistlər, pedaqoq və psixoloqlar tərəfindən təcrübə üzrə yekun qiymətləndirmələrin hazırlanması nəzərdə tutulmuş proseslərin uğurla başa çatmasına nail olmağa imkan verir.  Zoom proqmı, vassap, e-mail istifadə edən peaqoqlar tələbərlə müntəzəm  ünsiyyətdə olurlar. Pedaqoji təcrübənin təşkili  zamanı qarşıya qoyulan vəzifələr -onlayn təhsil dönəmində bakalavr və magistrantların  pedaqiji təcrübəsi uğurla davam edir.   Təcrübə komissiyası  müntəmadi olaraq fakültələr, dekanlıqlar, kafedralar və təcrübə kecən tələbərlə əlaqə saxlayaraq onlara lazimi tövsiyələrini verir, problemlərin həllində köməklik göstərirlər. Təcrübə rəhbəri Qəmərxanım Qəribova və komissiya üzvləri pedaqoji təcrübə keçən tələbəlrlə yerlərdə müntəzəm görüşürlər. Təhsilin keyfiyyəti təlimin yeni texnologiyasını, tədris prosesini bilavasitə reallaşdıran müəllimin yaradıcı əməyindən, peşəkarlıq səviyyəsindən və peşəsini ürəkdən sevməsindən çox aslıdır. Müəllimin yaradıcılıq və sağlam rəqabət tələb edən layihələrdə, müsabiqə və innovativ proqramlarda iştirakı onun yaradıcı əməyinin keyfiyyətinin aşkarlanmasında mühüm rol oynayır. Müəllim yalnız bilik vermir, eyni zamanda öyrənənlərin təfəkkürünün, düşünmə tərzinin dəyişməsinə səbəb olur, idrak fəaliyyətinə təsir edir. Təcrübə göstərir ki, təhsil və inkişaf sahəsində müəllim amili özünün əhəmiyyətinə və misiyasına görə bu gün də, gələcəkdə də aktual olaraq qalacaqdır. Mmüəllim amili təhsilalanın biliklərə yiyələnməsində və inkişafında həlledici rol oynayır. Pedaqoji yönümlü ali təhsil müəssisələrində müəllimlərin təhsil müəssisəsi səviyyəsində, tədrisdən ayrılmadan peşəkarlıq səviyyəsinin artırlması üzrə özünü doğrultmuş innovativ modellərin tətbiqi gücləndirilməli və müəllimin peşəkar fəaliyyətinin inkişafına müsbət təsir göstərən faktorlara üstünlük verilməlidir. Təhsilin forma və məzmun yenilikləri onun vəzifələrini daha da genişləndirməkdədir. Vizual sənətlər şagirdlərin fərdi istedadını nəzərə alan rəsm, rəqs, yapma, heykəltəraşlıq, estetik dizayn və s. kimi bilgilərin öyrədilməsinə yönəlmişdir, “hamı hər şeyi bacarmalıdır” tendensiyası şagirdlərin bərabər nəticələrə gəlməsinə şərait yaradır. Tədris prosedurları öyrənmə bacarıqlarını, məzmun vasitələrini və təşkilati ideyaları inkişaf etdirir. Tədris prosedurları öyrənmə üsullarına, eləcə də şagirdlərin ümumi xüsusiyyətləri və ehtiyaclarına uyğun olmalıdır. Sonuncu prinsipə görə müəllim kurikulumun nəticələrini, idrak və təsiredici məqsədləri qiymətləndirir. Pedaqoji təcrübə tələbələrin müəllim kimi formalaşmasına , onların pedaqoji dəyərlərə yiyələnməsinə, bu dəyərlərin qorumasına, pedaqoji prosesdə novator pedaqoq kimi fəaliyyət göstərməsinə səmərəli təsir edir.