Təhsil gündəmi / 01 aprel 2021

"SORUMLUYUZ" - ETWİNNİNG LAYİHƏSİ

Məktəbimizin 3ç sinif müəllimi İradə Məlikova 17 nəfər müəllimin, 67 nəfər şagirdin qatıldığı "SORUMLUYUZ" (Cavabdehik) eTwinning layihəsində öz şagirdləri ilə iştirak edir. Layihənin yaradıcıları Türkiyədən Ebru NADİR və 
Havva ELMAS KAŞKA .
Layihənin əsas məqsədi: şagirdlərə kiçik yaşlarından təbiət sevgisi qazandırmaq və təbiət, ətraf mühit haqqında bilgiləri inkişaf etdirmək, təbiətə hörmət və  sevgilərini artırmaq, məsuliyyət hisslərini inkişaf etdirmək, gələcək nəsillərə daha yaşıl bir dünya buraxmaq üçün könüllü olmaq .
Layihə iştirakçı şagirdlərimizi fərqli ölkələrdən olan məktəbliləri tanımalarına yardımçı olur.
Koronavirus pandemiyası dövründə bu layihə onlayn şəkildə yerinə yetirilir, müəllimlərin, məktəblilərin evdə qalaraq asudə vaxtlarının səmərəli təşkilinə, zamanlarıını dəyərləndirmələrinə çox faydalı olur





Mənbə ​​​