Təhsil gündəmi / 01 aprel 2021

"SORUMLUYUZ" - ETWİNNİNG LAYİHƏSİ

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Avropa İttifaqının əməkdaşlıq etdiyi "eTwinning plus" proqramına əsasən həyata keçirilən layihələrdə Bakı şəhəri 74№li tam orta məktəbin ibtidai sinif müəllimi  İradə Məlikova  sinif şagirdləri ilə aktiv fəaliyyət göstərir.

İradə Məlikova, 17 nəfər müəllimin, 67 nəfər şagirdin qatıldığı "SORUMLUYUZ" (Cavabdehik) eTwinning layihəsinin yaradıcıları Türkiyədən Ebru Nadir və Havva ElmasKaşkadır.  


Layihənin əsas məqsədi: şagirdlərə kiçik yaşlarından təbiət sevgisi qazandırmaq və təbiət, ətraf mühit haqqında bilgiləri inkişaf etdirmək, təbiətə hörmət və  sevgilərini artırmaq, məsuliyyət hisslərini inkişaf etdirmək, gələcək nəsillərə daha yaşıl bir dünya buraxmaq üçün könüllü olmaq .
Layihə iştirakçı şagirdlərimizi fərqli ölkələrdən olan məktəbliləri tanımalarına yardımçı olur.
Koronavirus pandemiyası dövründə bu layihə onlayn şəkildə yerinə yetirilir, müəllimlərin, məktəblilərin evdə qalaraq asudə vaxtlarının səmərəli təşkilinə, zamanlarıını dəyərləndirmələrinə çox faydalı olur.  "Sorumluyuz/We The Responsıble" layihəsinin məqsədi şagirdlərə kiçik yaşlardan təbiətə və canlılara sevgi aşılamaq, onların gələcək nəsillərə yaşıl bir dünya bəxş etmək bacarıqlarını üzə çıxarmaqdır.

  Şagirdlər bu layihədə hər ay üzrə verilən taşırıqları səylə yerinə yetirərək bacarıqlarını göstərirlər. Onlar ətraf mühitin təmizliyini qorumaq, tullantılardan məmulatlar, quş yemliyi hazırlamaq, bitki yetişdirmək kimi fəaliyyətləri WEB 2.0 alətlərindən istifadə edərək yerinə yetirirlər, çalışdıqları müddətdə kurikulum standartlarını reallaşdırırlar.

  İnanırıq ki, şagirdlərimiz qarşıda olan 3 ay ərzində daha da səylə çalışaraq tapşırıqları yerinə yetirəcəklər və yeni bacarıqlara yiyələnərək nailiyyətlər qazanacaqlar.