Təhsil gündəmi / 07 fevral 2021

Qasım bəy Zakir yaradıcılığına müasir gəncliyin baxışı

XIX əsrin görkəmli ədəbi simalarından olan Qasım bəy Zakir yaradıcılığı  ilə ədəbiyyatımızda özünəməxsus yerə malikdir. O, qələmini  demək olar ki, əksər ədəbi janrlarda sınaqdan çıxaran şairlərimizdəndir. Onun lirik şeirləri, qoşmaları, gəraylıları, məsnəviləri  və digər əsərləri  yurd, Vətən sevgisi aşılayır, insanların mənəvi dünyasını, ruhunu zənginləşdirməyə xidmət edir. Şairin bu yaradıcılıq nümunələri ilə yanaşı, satira və təmsilləri də neçə-neçə nəslin sevə-sevə oxuduğu əsərlərdəndir.

Qasım bəy Zakir Azərbaycan ədəbiyyatında təmsil yaradıcılığı ilə iz qoyan ədiblərimizdəndir.  

Öz doğma yurdunu və xalqını məhəbbətlə sevən şair kimi  bir çox   təmsillərində heyvanların bir ailə kimi yaşamalarını, birliyini insanlara anladır, onları qəflət yuxusundan ayıltmağa çalışır. Şairin əsas fikri budur ki, haqq-ədalət uğrunda birlik olsa fəqir və zəiflər belə  hər işdə qalib gələrlər.  Cəmiyyətə demək istədiyi fikirlərini heyvanların dili ilə söyləyir,  həyatda görmək istədiyi mükəmməlliyi, mənəvi keyfiyyətləri heyvan ailələrində təsvir etməklə uşaqların beynində iz qoymağa çalışır. Çünki, bu günün uşaqları cəmiyyətimizin gələcək qurucularıdır. Zakirin təmsilləri öz ideyası etibarı ilə onun satiraları ilə həmahəngdir. Burada dövrün ictimai və siyasi hadisələrinə eyham və işarələr vardır. 

           Zülm, zorakılıq, hiylə, yaltaqlıq, xəyanət kimi ictimai eyiblərə qarşı mübarizə, vəfa, məhəbbət, doğruluq kimi nəcib sifətlər Zakir təmsillərinin əsas motivləridir. O, bir sıra təmsillərin müəllifidir. Zakirin əxlaqi, tərbiyəvi  xarakter daşıyan təmsilləri sırasında “Tülkü və Qurd”, “Dəvə və eşşək”,  “Xain yoldaşlar haqqında” adlı əsərlərini göstərmək olar. Təmsillərində xalqın canlı danışıq dilindən, xalq ədəbiyyatından geniş istifadə etmişdir.   

Zakir təmsillərini yeni tarixi şəraitə, müasir həyatın tələblərinə uyğun olaraq yazmışdır. O, bir tərəfdən dövrünün ictimai eyiblərinə, zülmə qarşı çıxırsa, digər tərəfdən zəmanının  gənclərinə vəfa, sədaqət, mərdlik  və s. kimi nəcib tərbiyəvi məsləhətlər verirdi. Bu baxımdan Q.Zakirin təmsilləri yeniyetmələrin poetik və əxlaqi etik tərbiyəsində indi də öz təsir gücünü saxlayır, gənc oxucuların mütaliəsindən heç vaxt kənarda qalmır.  

Onun təmsilləri uşaqların, gənclərin tərbiyəsində əhəmiyyətli rol oynayır. Şairin təmsil yaradıcıllığına nəzər salsaq görərik ki, “Kəlilə və Dimnə” kitabından, şifahi xalq ədəbiyyatı nümunələrindən bəhrələnib,   dürüstlük, doğruluq kimi keyfiyyətləri təbliğ edir, hiyləgərlilik, paxıllıq, ağılsızlılıq kimi xüsusiyyətlər tənqid olunaraq mənfi əlamət kimi göstərir. 

Belə əsərlərdən biri də “Tülkü və qurd” təmsilidir. 

Bu təmsili təhlil etsək şairin əsərlərindəki tərbiyəviliyin təbliğinin yüksək səviyyədə olduğunu görə bilərik.


Bir tülküyü-kühәnsalә gedirdi,
Qismәt üçün seyri-alәm edirdi.

Obadan kәnara gördü, ittifaq,
Atıblar sәhrayә bir qüyreği-çaq.

Diqqәt ilә baxıb, tәlәni seçdi,
Yavuğa duşmәyib, uzaqdan keçdi.

Gәzәr ikәn oldu bir qurda düçar,
Dedi: "filan yerdә əcəb tömә var".

Biçarәni çәkә-çәkә gәtirdi,
Bir azca qalmışdı quyruğu gördü.

Dedi: "Tәәccübәm, sәn belә şeyә
Duçar oldun, özün yemәdin niyә?"

 
Dedi: "Boynumda var qәza orucum,
Tutmuşam ki, saqit ola  ta borcum."

Soxuldu quyruğu yerd
әn götürә,
Neç
ә gündü naharsızdır, ötürә.

Çırtlayıb, payin
ә tәlә oldu bәnd,
O yana, bu yana tullandı h
әәnd,

N
ә qәdәr güc vurdu, götürmәdi әl,
K
әsilib әlacı, qaldı mәәttәl.

Tülkünün 
әlinә düşdü girəvә,
Quyruğu eyirdi çox sev
ә-sevә.

Dedi: "S
әn deyirdin ,orucam, bayaq,
N
әdir yeyirsәn indi bu sayaq?"

Dedi: "Oruc idim, amma bu axşam
T
әzә ayı görüb, etmişəm bayram."

Hiyl
әsinә o pürfәninin  inandı,
— B
әs mәnim bayramım, — dedi, — haçandı?

— S
әnin dә bayramın saһibi-tәlә
G
әlәndәdir, — dedi, — tәlәsmә hәlә.

H
әr kimsәdә ola әqlü fәhmü huş,
Bu m
әsәli eylәmәsin fәramuş:

 
Әvvәl gәrәk suyu yoxlasın möhkәm,
Boylayandan sonra soyunsun ad
әm.

N
әinki etmәyib fikir, әndişә,

Sala canavar tәk özünü işә.

H
әm özünün payın, hәm onun payın
Tülkü yey
ә bidәrd-sәrsiz, arxayın.


Müəllim olaraq bu əsəri şagirdlərlə  belə təhlil edə bilərik:

Məzmuna əsasən tülkü bir gün gəzinti zamanı tələdə quyruq görür, onu yemək istəyir, amma qorxudan tələyə yaxınlaşmır. Bu zaman bir qurdla rastlaşır. Tələdə yaxşı quyruq olduğunu deyir. Qurd isə maraqla ondan soruşur: “sən  niyə bəs yemədin?” Tülkü cavabında oruc olduğunu bildirdi. Şirin sözləri ilə qurdda elə təəssürat yaratdı ki, guya qurda yaxşılıq etmək istəyib. Qurd onun “yaxşılığına” uyur, neçə gün ac olduğunu xatırlayıb sevinir. Tələyə yaxınlaşır ki, quyruğu yesin, tələyə düşür. Bu zaman tülkü fürsətdən istifadə edib quyruğu götürüb yeyir. Qurd  bunu görüb tülküyə səslənir: “Bəs bayaqdan deyirdin orucsan. İndi niyə yedin?”. Tülkü isə artıq ayın göründüyünü və orucun vaxtının bitdiyini bildirdi.  

Şair qurd və tülkü arasında baş verən bu oyunu təsvir etməklə bildirmək istəyir ki, insan hər hansı bir hədəfə doğru gedirsə, həddindən artıq diqqətli olmalı, ətrafında baş verən hər bir məqamı təhlil edib, düzgün qiymətləndirməyi bacarmalıdır. Qarşısındakı şəxslərin hiyləsini duymalıdır, hər şirin kəlama uymamalıdır. Necə deyərlər  hər şirin dil xeyirli olmaz. İnsan istədiyinə nail olmaq üçün getdiyi yolda qarşılaşdığı hər kəsə etibar etməməlidir. Şairin bu təmsili ilə də gənclərdə güclü xarakter formalaşmasına kömək etməyə, insan ruhunu tərbiyələndirməyə çalışmışdır. 


Qasım bəy Zakir yaradıcılığı Qarabağ ədəbi mühitinin Azərbaycan incəsənətinə verdiyi ən gözəl töhfələrdən biridir, desək yanılmarıq. Şair yaradıcılığı zaman-zaman tənqidçilər tərəfindən kifayət qədər araşdırılmış və öz bədii dəyərini almışdır.

Bildiyimiz kimi, şair və yazıçılarımız, müəyyən zamanlarda çarizm tərəfindən təqib olunmuşdur. Belə sənətkarlardan biri olan Q.Zakir öz sözünü deməkdən çəkinməmiş, dövrünün bəylərinə, qolçomaqlarına etirazını açıq-aşkar bildirmişdir. 

Xüsusilə, əxlaqi-didaktik və tənqidi mövzuda yazdığı əsərləri ilə ədəbiyyatımızda yeni dəst-xətt qoyan şair eyni zamanda qürbət, həsrət şairi kimi də xatırlanır. Belə ki, ədibin Bakıdakı sürgün həyatı yaşadığı vaxt qələmə aldığı “Durnalar”şeiri artıq əsrlərdir ki, həm  ədəbi ictimaiyyətin, tənqidçilərin, şair və yazıçıların, həm də şagirdlərin, tələbələrin diqqətini cəlb edir. 

            Məlum məsələdir ki, Çar Rusiyası  və Sovet imperiyası uzun illər xalqımızı öz ziyalılarından, klassiklərindən, tarixindən, soy-kökündən ayırmaq kimi bir ideya yürüdürdü. Canla-başla bu yolda   ədiblərimizin əsərlərinə ciddi senzura tətbiq etmiş  və öz məkrli siyasətlərini bu üsulla xalqımızın şüuraltına yeritməyə çalışmışlar.

            Çarizmin milli ədəbiyyatımızı, tariximizi saxtalaşdırılması  məsələsi Q.Zakir yaradıcılığından da yan keçməmişdir. 

            İllərdir aşağıdakı kimi öyrəndiyimiz və öyrətdiyimiz “Durnalar” şeiri əslində necə yazılmışdır?

Bu şeirin bu günkü ədəbiyyat dərsliklərində sonrakı variantda verilməsi nə dərəcədə düzgündür? Qoşmadakı “Vətən” sözünün təhrif olunaraq “canan” sözü ilə əvəz olunması hansı məqsədi güdürdü?

            Diyari-qürbətdə müddətdi varam

            Gecə-gündüz VƏTƏN  deyib ağlaram

            Mən də sizin kimi qəribi-zaram,

            Eyləməyin məndən haşa, durnalar!


            Mən sevmişəm onun ÇƏMƏN-DÜZÜNÜ

            Nəsib ola bir də görəm üzünü

            Yoxsa danışırsız VƏTƏN sözünü

  Veribsiniz nə baş-başa, durnalar?


Sonralar  “VƏTƏN” sözü   “CANAN” sözü ilə əvəzlənərək  “Gecə-gündüz  CANAN  deyib ağlaram” misrası kimi təqdim  edilmişdir.   Digər bir misrada “VƏTƏN” sözü   “DİLBƏR”  sözü ilə əvəz edilmişdir. Bundan əlavə “ÇƏMƏN-DÜZÜNÜ”   sözü “ALA GÖZÜNÜ” ilə əvəz edilərək “Mən sevmişəm “ALA GÖZÜNÜ”  misrası   kimi  verilmişdir. 

            Göründüyü kimi sonralar Azərbaycan ədəbi tənqidinin banisi olan  F.Köçərlinin  “Azərbaycan ədəbiyyatı tarixi” adlı dərsliyində orijinalda verilən “Durnalar” şeirində  bəzi hissələr təhrif olunaraq yerləşdirilib.

            Düşünürəm ki, “VƏTƏN” sözünün “CANAN” sözü ilə əvəzlənərək verilməsi birbaşa siyasi və mənəvi  təcavüzdür. Çünki, VƏTƏN anlamı xalqımız üçün əsrlər boyu ən qiymətli məfhum olmuşdur. 

“VƏTƏN” sözünü xalq üçün yadlaşdırmağa çalışan bir siyasi rejimin məqsədi azərbaycanlı körpələrə VƏTƏN sevgisinin aşılanmasına mane olmaq, gələcək nəsli  milli ruhumuza yadlaşmış tərzdə tərbiyə etməkdən və Qarabağ sevgisindən məhrum etməkdən ibarət idi. 


Amma gəlin görək bu gün nələr baş verdi? 

İllər keçməsinə baxmayaraq uşaqlarımızın, gənclərimizin Qarabağ sevgisi, Vətənə bağlılığı daha da dərinləşdi. Məhz buna görə də “44 günlük müharibə”miz bizim qələbəmizlə sonlandı.  Biz bir daha sübut etdik ki, milli ruhumuz, torpaq sevgimiz, azərbaycançılıq məfkurəmiz heç vaxt sarsılıb bitməz. 

Hesab edirəm ki, “Durnalar” şeirinin vaxtilə təhrif olunması, təhrif olunma səbəbləri tələbələrə və şagirdlərə aşılanmalı və  buna çalışanların məqsədlərinə nail ola bilmədikləri diqqətə çatdırılmalıdır.  Hər bir müəllim öz fəaliyyətində Qasım bəy Zakirin yaradıcılığını  düzgün tədris edərsə əmin ola bilər ki, bu, Azərbaycan elminə, ədəbiyyatına, təhsilinə bir vətəndaşlıq xidməti olacaq. 

Qasım bəy Zakir yaradıcılığını - əsərlərini  təhlil etdikcə görürük  ki, o, ömrünü özü üçün  yaşamayıb. Xalqın ruhunu daim yüksək saxlamağa, gənclərin tərbiyəsinin mükəmməl olmasına çalışıb, Vətən sevgisini daim yaşatmışdır.  Onun hər bir misrası ruhumuza, qəlbimizə yüksək tərbiyə, saf   sevgi  qığılcımları yayaraq gənclərimizin  mənəvi tərbiyəsində bir məşəl rolunu oynayacaq. 


Nərgiz Ənvər qızı  FƏTİYEVA,

Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində 

Azərbaycan Dövlət Pedaqoji Kollecinin 

Dil və ədəbiyyat müəllimi