Təhsil gündəmi / 17 noyabr 2020

AZƏRBAYCAN BAYRAĞI ŞUŞADA DALĞALANIR!

Gözün aydın Azərbaycan Dünyası! AZƏRBAYCAN BAYRAĞI ŞUŞADA DALĞALANIR! 
Eşit Dünya Qarabağ Azərbaycandır! Bunu Ali Baş Komandan deyir! Azərbaycan Xalqı, Qüdrətli Ordumuz deyir! Xoşbəxt Xalqıq, Birliyimiz Qələbəmiz! Güclü Liderimiz, Tarix yazan Sərkərdəmiz var! Torpağında Şəhid  yatan Qarabağımız var! Allahın Qüdrət yar oldu bizə! Gözlərimizdə sevinc yaşları! Rahat olub Şəhid ruhları! Əllərdə olan Azərbaycan övladları! Günahsız Körpələrimiz!!! Gəncəmiz, Bərdəmiz, Tərtərimiz! Bütöv Azərbaycan gözlərin aydın Bayrağımız Şusada Dalğalanır! Şuşa Azərbaycanın ürəyidir. Bu ürəyi bizdən 28 il əvvəl söküb çıxarmışdılar. Biz o ürəyi yenidən əsl sahibinə - bağrımıza qovuşdurduq. Şuşa bayraq deməkdir. Şuşa anaların övladlarına laylalardakı mirasıdır. Şuşa qürur, namus, atadan övlada miras deməkdir. Şuşa Vətən deməkdir. Xarı bülbülün, Üzeyir Hacıbəylinin, Əhməd bəy Ağaoğlunun Vətəni deməkdir. Şuşa tarixi Azərbaycanın qədim mədəni mirasıdır. 250 il əvvəl Azərbaycan xalqının öz əlləri ilə inşa etdiyi Şuşa qalaları Ermənistanın çirkli əllərindən xilas edilərək əsl vücuduna qovuşdu. “Şuşa nə demək idi? Şuşa “Qızıl alma”, Simurq quşu və Hüma quşu demək idi. Şuşa həm hərbi, həm siyasi, həm də psixoloji hədəfdir: “Şuşa Qarabağın açarıdır. Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan ola bilməz!   
     Şuşanın azad edilməsi Dağlıq Qarabağ hərəkatının böyük mərhələsinin geri qalması deməkdir. Azərbaycan dövləti, Ali Baş Komandan İlham Əliyevin yüksək siyasi liderliyi, dövlətin bu savaşa inanması, xalqın birlik və bərabərlik içində bu işə ürək qoyması ilə qüdrətli Azərbaycan Ordusu ürəyimizi alanların ürəyini sökdü. Bu da çox böyük psixoloji effekt yaratdı. Bunu qondarma Dağlıq Qarabağ rejiminin əsgərlərinin və mülki şəxslərin Xankəndi və digər yaşayış məntəqələrini tərk etməsi ilə gördük. Xocalının bəzi kəndləri azad edildi. Bu, Xocalıda şəhid olan 20 min insanın ruhlarının hürr və azadlığı deməkdir. Şuşanın azad edilməsi  eyni zamanda, bunu təmin edib. Şuşa Dağlıq Qarabağın bütövlüyünün simvoludur. Şuşanın azad edilməsi, cənab Prezidentin də ifadə etdiyi kimi, BMT-nin hüquqi normaları çərçivəsində verilən qərarlar mövqeyindən qanunidir. Azərbaycan dövlətçiliyinin və Silahlı Qüvvələrinin birliyinin simvolu olaraq üçrəngli bayraq oraya sancılıb. Şuşa zəfəri bundan sonrakı qarşılıqlı dialoq kontekstində Azərbaycanın əlini çox güclü edəcək. Hərbi-strateji mövqe, siyasi və psixoloji hədəf olan Şuşanın Bayraq Günündən 1 gün əvvəl azad edilməsi simvolika və dəyər baxımından çox əhəmiyyətlidir.
Azərbaycan Prezidentinin liderliyi altında işğaldakı torpaqların azad olunması davam edəcək. Azərbaycan bu gücə və qüdrətə sahibdir. Eşq olsun Azərbaycan Silahlı Qüvvələrinə, eşq olsun Azərbaycanın yüksək milli və mənəvi dəyərləri olan xalqına, eşq olsun Ali Baş Komandanın, Ordunun, Xalqımızın Qələbəmizi təmin edən Birliyinə! Türkiyə-Azərbaycan qardaşlığının tarixinin ən böyük dövrünü yaşamaqdadır. İstər Azərbaycanda, istər Türkiyədə şəhidlərimizin qanı ilə sulanan bayraqlarımız yanaşı dalğalanır. Bu iki bayraq minlərlə il bərabər yaşasın. Tək ürək, tək nəfəs olaraq bayraqlarımız dalğalansın daim yüksəkliklərdə dalansın!
    Azərbaycan ordusunun dünya döyüş tarixində görünməmiş rəşadəti , misli görünməmiş qəhrəmanlığı sayəsində Ermənistan ordusunun 1560 -dan çox əsgəri və ən çox güvəndiyi 022 saylı elit birləşmə 400 nəfər itki verərək məhv edilir. 30 ildir ki, mohkəmləndirilən, ən müasir silahlarla təchiz edilən, 1420 metr hündürlükdə yeləşən və strateji cəhətdən kritik nöqtə hesab olunan, 5,5 km² əraziyə malik, alınmaz qala kimi qorunan bir şəhəri əliyalın 400 nəfərlik qüvvə ilə işğaldan azad edən tək bir orudu var: Azərbaycan ordusu!
Xilaskar Azərbaycan ordusunun qanı ilə, canı ilə Şuşanı 28 il yarımdan sonra azad etməsi bizim üçün:
-Qeyrətimizin, namusumuzun üzərindən ləkənin götürülməsi, sınmış qürurumuzun qaytarlması; 
-Şəhidlərimizin ruhunu şad olması Xocalının qısası;
-Qarabağda tam və qəti üstünlüyün əldə olunması;
-Tuş şuya çıxış vasitəsilə Laçın dəhlizinin nəzarətdə saxlanılması;
-Xankəndinin, Xocalının tezliklə azad edilməsi;
-Qırmızı Bazar və Xocavəndin mühasirədə qalması;
-Ağdamın və Əsgəranın asanlıqla  azad edilməsi;
-Kəlbəcər və Ağdərədə ermənilərin mənəvi məğlubiyyətu və mövqelərinin zəifləməsi;
-Azərbaycan ordusunun və dövlətinin nüfuzunun artması
-Ermənistanda siyasi və hərbi böhranın başlaması!
Nəhayət, ikinci Qarabağ müharibənin tezliklə Azərbaycanın qələbəsi ilə başa çatması deməkdir!

Qələbəmizi təmin edən əsas komponetlər:

       -Güclü və iradəli Prezident, Ali Baş Komandan İlham Əliyev;
       -Effektiv hazırlıqlı, texniki cəhətdən təchiz edilmiş müasir ordu;
       -Azərbaycan əsgərlərinin və zabitlərinin ruh yüksəkliyi;
       -Müharibənin ədalətli xarakteri – işğal altındakı ərazilərin azad edilməsi.;
       -Səriştəli hərbi planlaşdırma, döyüş əməliyyatlarının hərtərəfli işlənməsi;
       -Ordu və xalqın birliyi. İnkişaf etmiş hərbi-sənaye kompleksi.
       -Güclü və çox şaxəlii qtisadiyyat, Ölkə üçün optimal siyasi hakimiyyət istemi! 
       Güclü Lider, Güclü Ordu, Güclü Xalqın birliyi, Şəhid olan Oğullar Qələbəni təmin etdi!!!!

Gözün aydın Azərbaycan Dünyası!!!
Qürur duyuruq, Azərbaycanlıyiq!!!
Bayraq Bayramımız. Mübarək Olsun!!!
Şuşada dalğalanır Bayrağımız!!!
Ağır texnikasız, bir nəfəsə,
Şuşanı azad edibdir Ordumuz!!!
Şuşa azad edildi, bəyan eylədi!
ALİ BAŞ KOMANDANIMIZ!!!
Baş əyirik qarşınızda,
Şəhid olan oğullarımız!!!
Poladın, Mill qəhrəmların,
Zabitlərin, siravi Əsgərlərin,
Şəhid övladların hesabın alan,
Hikmətin, Maisin vardır Vətən!!!
Yaxin,uzaq evlərdən dəstəyin var!
Türkiyə, Pakistan kimi arxadaşın!!!
Öz xalqına arxalandın!!!
Yumruq oldun, belini qırğın düşmənin!
Qarabağ Azərbaycandır!!!
Şuşamıza qayıtdıq, Qarabağa qayıtdıq!!!
Dünyaya sübut etdik:-
Biz haqlıyıq, Qürurlu!!!
Ədalətli, Qüdrətliyik!!!
Vətəni canımızla Qoruyuruq!!!
Bir birinə arxa dayaq!!!
Birliyimiz, oldu dayaq!!!
Qürürla dalğalanan üç rəngli Bayraq!!!
Azərbaycan Bayrağa bürünüb bax!!!
Şəhidi Bayrağına bükülən!!!
Öpüb, göz üstə qoyulan BAYRAQ!!!
ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ!!!
QARABAĞDA DALĞALANAN BAYRAQ!!!
HEÇ ZAMAN ENMƏZ!!!

Zulfiyye Veliyeva
ADPU-nun ETM:-Tətbiqi tədqiqatlar bölməsinin
Elmi işçisi, Respublikanın Əməkdar müəllimi