Təhsil gündəmi / 29 oktyabr 2020

BÖYÜK QAYDIŞIN BAŞLANĞICI!

   Bu gün hər bir azərbaycanlı Qarabağlıdır. Mən Tərtər rayonunda anadan olmuşam. Torpaqlarımız mənfur  düşmən tapdağından azad edilməsi uğrunda arparılan döyüşlər, tarixi yerlərimizə, doğma Qarabağımıza Böyük Qaydışın Başlanğıcıdır. Ordumuzun rəşadəti qarşısında aciz olan düşmən dinc əhalinin yaşadığı Tərtər, Gəncə, Mingəçevir, Bərdə, Ağcabədi, Naftalan, Goranboy, Daşkəsən, Tovuz,   Beyləqan rayonlarına raket zərbələri edirib uşaq və dinc əhalinin həyatlarına qəsd edir. Ordumuz onlara layiqli cavab zərbələri endirir.  Hər birimiz bu gün vətənimizin  azadlığı uğrunda döyüşlərdə bir əsgərdir. Kimi cəbhədə silahla, kimidə qələmlə mənfur düşmənə qarşı döyüşür. Vətəndaş olaraq məndə bu proseslərdən kənarda deyiləm.2016-cı ildə aprel döyüşlərində Qələbəyə gedən yolun başlanğıcı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən başlandı. Aprel zəfəri böyük qayıdışın təməli oldu. Azərbaycan prezidenti İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayılrayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncamı Azərbaycan torpaqlarının işğaldan azad olunmasının və “Böyük Qayıdış”ın ilk müjdəsi idi. Cocuq Mərdanlını ziyarət edərək əhaliyə, məktəbə hədiyələrimizi təqdim etmişik.

       Bu gün Qarabağın azdlığı uğunda  Ordumuzun zəfər yürüşü davam edir. Hər gün Prezident İlham Əliyev daha yeni kəndlərin, qəsəbələrin və rayonların işğaldan azad edildiyi barədə məlumatları ilk olaraq Azərbaycan xalqına elan edir. Son məlumatlara görə ordumuz cəbhədə irəliləməkdə davam edir. Ermənilər ağır itkilər verməkdədirlər. Laçın və Şuşa istiqamətində şiddətli döyüşlər gedir. Allah ordumuzu qorusun. Düşmənin bu istiqamətdə çox böyük qüvvə cəmləşdirməsinə baxmayaraq, ordumuz düşmənin başını əzməkdə davam edir. Düşmən əsgərləri təslim olur, ağ bayraq qaldırırlar. Onların bir qismi Ermənistana qaçır, digər qismi isə Araz çayı ilə İrana keçirlər. Azərbaycanın hərbi əsirlərlə bağlı davranış modeli bütün dünyaya nümunədir. Dünyaya görür, heç bir mülki və girov düşən şəxsə kobud rəftar etmirik. Ermənilər isə bizim guya əsirlərlə kobud rəftar etdiyimizi deyiblər.Erməni əsgərləri heç Qarabağ müharibəsinin mahiyyətini bilmirlər. Vaxtilə ermənilərlə   deyirdilər ki,  müharibə istəmirik. Biz azərbaycanlılarla qonşu olmuşuq. Bizsə  həmişə  humanistik. Biz yenə də bu davranışımızla ermənilərdən ucada dayanırıq. Ermənilər həmişə bizə düşmən münasibəti bəsləmişlər. Biz düşmənə həmişə güzəştə getmişik. Amma ermənilər bunu başa düşməyib. 

      Bu gün biz hamımız Ali Baş komandanımızi dəstəkləyirik. Ermənistan ordusu özünün XX əsrin 80-ci illərinə aid taktika və silahları ilə, Azərbaycanın XXI əsrə aid silahları olan yüksək döyüş ruhunu dayandıra bilməz. Azərbaycan Dağlıq Qarabağda parlaq qələbələr qazanır. Ermənistan isə məğlub olub və onun Qarabağdan çıxması an məsələsidir. Azərbaycan təkcə dronlarda deyil, həm də döyüş əməliyyatlarının planlanmasında və idarə olunmasında üstünlüyə sahibdir. 

       Məsuliyyətli olaq, məlumat paylaşarkən yalnız rəsmi mənbələrə istinad edək. Azərbaycanın haqq işinı dəstək olan dövlətlərə, Türkiyə Respublikasının prezidenti cənab Rəcəb Tayyib Ərdoğan, Pakistan Respublikasının Baş Naziri İmran Xana, digər dövlət başçılarına təşəkkür edirəm. 

      Suşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur. Qarabaq Azərbaycandır ,tacıdır Şuşa. Qələbə bizimdir. Allah ordumuzu və xalqımızı qorusun.


Sevinc Vəlizadə
YAP Binəqədi Gənclər Birliyinin üzvü