Təhsil gündəmi / 07 oktyabr 2020

“SAĞLAM GƏNCLİK, SAĞLAM GƏLƏCƏK” LAYİHƏSİNƏ YEKUN VURULDU

Xəbər verdiyimiz kimi, Qaçqın və Məcburi Köçkün Qadınların İnkişaf Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Sağlam gənclik, sağlam gələcək” adlı layihə həyata keçirmişdir. Layihənin rəhbəri Ülviyyə Mikayılovanın saytımıza verdiyi məlumata görə layihə çərçivəsində həyata keçirilməsi planlaşdırılan işlər yekunlaşıb. O, vurğulayıb ki, Yaşadığımız cəmiyyət malik olduğu bir sıra problemlərlə insanların mənəvi, psixoloji, əxlaqi dünya görüşünə təsir göstərir. Bu təsirlər şübhə yoxdur ki, cəmiyyətin əsas sütunu olan məktəbdən də yan keçmir. Cəmiyyətdə baş verən proseslərin məktəbə təsir göstərəcəyi şübhəsizdir. Odur ki, məktəb öz fəaliyyətini valideynlərlə, cəmiyyətlə birgə elə təşkil etməlidir ki, baş verə biləcək problemləri aradan qaldırmaq mümkün olsun, yaxud da cəmiyyətin problemləri məktəbə ayaq açmasın. 
Sağlam məktəbin təməli şagird, sağlam cəmiyyətin təməli sağlam vətəndaşlardlr. Bu günün şagirdi cəmiyyətin sabahkı inkişafında öz əməlləri ilə iştirak edəcək, onun tərəqqisinə öz töhfəsini verəcək vətəndaşdır. Odir ki, cəmiyyətimzin xoşbəxt gələcəyini arzulayırıqsa, bu xoşbəxtliyin təməllərini bu gün məktəbdə həm fiziki, həm də mənəvi cəhətdən sağlam şagird tərbiyə etməklə qoymalıyıq. 
Ülviyyə Mikayılova vurğulayır ki, layihənin məqsədi məktəbli yeniyetmə və gənclərin   ciddi mənəvi və patoloji travmalara gətirib çıxaran skalioz xəstəliyi barədə müəllim və valideynləri maarifləndirmək, bu ciddi sosial problemlərin və xəstəliklərin yaranmaması üçün təbliğati iş aparmaqdan ibarətdir. Lyihə çərçivəsində öncə işçi heyəti müəyyənləşdirilmiş, layihənin optimal şəkildə həyata keçirilməsi üçün fəaliyyət planı hazırlanmış, müvafiq mütəxəssislər cəlb olunmuşdur. Bundan sonra skolios.az saytı yaradılmış, “Sağlam gənclik, sağlam gələcək” adlı buklet hazırlanaraq müvafiq qaydada, maarifləndirmə işi həyata keçirmək üçün paylanmışdır. 
Ülviyyə Mikayılova qeyd etmişdir ki, hazırda layihə çərçivəsində həyata keçirilən işlərin təsviri və maliyyə hesabatı hazırlanır.