Təhsil gündəmi / 24 sentyabr 2020

Xəyallar STEAM-la reallaşır


İsmayıllıda yeni layihənin icrasına başlanılır. Bu barədə layihənin rəhbəri Şərafət Bayramov məlumat verib.O, qeyd edib ki, Təhsil Nazirliyinin “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə qrant müsabiqəsi” çərçivəsində reallaşacaq layihənin əsas məqsədi İsmayıllı məktəblərində təhsilverənlər üçün təlimlərin keçirilməsidir. Təlim üçün İsmayıllı rayonu üzrə 15 müəllim seçiləcək. Müəllim seçimində əsas meyarlar müəllimlərin İKT bacarıqlarının, komputer, ağıllı telefon, internetə çıxışının, müasir təlim üsulları ilə işləyə bilmək bacarıqlarının olmasıdır. Müəllimlər müsahibə yolu ilə seçiləcək. Müəllimlərin müsahibəsi 10.10. 2020-ci il tarixində onlayn şəkildə təşkil ediləcək. Müsahibə Microsoft Teams proqramı üzərindən keçiriləcək. Müsahibədə RTŞ-in nümayəndələri və bu sahədə təcrübəli müəllimlər iştirak edəcəklər.

Tehsildunyasi.org