Təhsil gündəmi / 02 sentyabr 2020

Azərbaycanlı alim koronavirusa qarşı vaksin hazırlayıb

Türkiyənin Biotexnologiya İnstitutunun Peyvənd Elmi Komitəsinin üzvü, Akdeniz Universitetinin professoru, AMEA-nın müxbir üzvü Tərlan Məmmədovun rəhbərliyi ilə COVID-19-a qarşı yaşıl bitkilər üzərində hazırlanmış vaksin insanlar üzərində sınaqdan keçirilməyə hazırdır.

Reyting.az
xəbər verir ki, bu barədə danışan T. Məmmədov təxminən 4 ay əvvəl 20 nəfərlik qrupu ilə COVID-19-a qarşı tütün bitkisi ailəsinə aid olan "Nicotiana Benthamiana" üzərində hazırladıqları iki vaksinin böyük üstünlüklərə malik olduğunu və heyvanlar üzərində uğurlu nəticələr verdiyini bildirib.

Onun sözlərinə görə, yeni mutasiyalara qarşı dayanıqlı olan zülal əsaslı vaksinlər insanlar üzərində sınaqdan keçirilməyə hazırdır.

Alim bu istiqamətdə müvafiq qurumlarla əməkdaşlıq əlaqələrinin qurulduğunu da vurğulayıb.(Modern.az)