Layihələr / 09 sentyabr 2019
Xeyirxahlıq, mənəvi dəyərlər aşılayan dərs


Onun ədəbiyyat nəzəriyyəsinə dair araşdırmaları, xüsusilə məşhur "Ədəbiyyatşünaslığın əsasları" dərsliyi Azərbaycan filoloji mühitində diqqətəlayiq yer tutur. Ədibin "Klassik irs və müasirləri"mizə dair məqalələri, monoqrafik tədqiqatları, "Azərbaycanda ədəbi məktəblər" mövzusunda yazdığı doktorluq dissertasiyası, "Füzuli sənətkarlığı", "Cəlil Məmmədquluzadə realizmi haqqında" və sair bu kimi əsərləri onun ədəbi-nəzəri düşüncə ilə ardıcıl və sistemli şəkildə məşğul olmasını təsdiqləyən çox ciddi faktlardır.

Bundan sonra şagirdlər “Bahar” mövzusunu hissə-hissə oxudular. Yenidən video-çarx nümayiş olundu. Bu dəfə şagirdlərin gözləri qarşısında 20-ci əsrin əvvəllərində Bakının, Gəncənin durumu, hər iki şəhərin sosial-iqtisadi vəziyyəti canlandı. Artıq qrup işlərinin zamanı yetişmişdi. Sinif dörd qrupa bölündü. Qruplara oxuduqları bölməyə başlıq verib və plan tərtib etmək, oxuduqları bölmədə tanış olmayan sözlərin mənasını lüğətin köməyi ilə aydınlaşdırmaq, təsvir və ifadə vasitələri də daxil olmaqla bədiiliyi təmin edən vasitələri müəyyənləşdirmək tapşırığı verildi. Onlar, eyni zamanda, əsərdəki əsas fikri, əsas ideyanı aydınlaşdırmalı, bu barədə fikirlərini bildirməli idilər. Bu əsər özlüyündə əsl Azərbaycançılıq, eləcə də bəşəri ideyaları ehtiva etməklə, şagirdlərin mənəvi dünyasının formalaşmasına təsir edən amillərlə zəngindir. Səmadil müəllim də öz növbəsində bu amildən istifadə etməklə əsərin bu kimi məziyyətlərini şagirdlərin dünyagörüşünün zənginləşməsinə, onların mənəvi aləmlərinin formalaşmasına yönəldə bilmişdi. O, istər motivasiyada, istər Mir Cəlal Paşayevin ömür yolundan, istərsə də Bakının, Gəncənin 100 il əvvəlki durumundan bəhs edən video-çarx nümayiş etdirməklə, əslində təkcə əsərin deyil, ümumilikdə, böyük bir dövrün mənəvi portretini canlandırır, həmin dövr haqqında təsəvvür yaradırdı. Bu portret özündə həm zamanı, həm insanları, həm də bütün bunlara ürək ağrısı ilə münasibət bildirən yazıçı obrazını canlandırırdı. Video-çarxların yaratdığı kompozisiya olmasaydı, fikrimcə müəllim mövzunun mənimsədilmsəinə istənilən səviyyədə nail olmayacaqdı. Belədə isə, biz video-çarxlarla Bahar obrazı ilə görüşməyə hazırlaşan şagirdi bu görüşə tam hazırlıqlı görürük. O, artıq Baharla tanışdır. Onun mənəvi aləmini, böyüdüyü, formalaşdığı mühiti bilir, ətrafındakı adamları tanıyır. Nəhayətdə Baharın taleyi ilə yaşamağa, onun dərdinə ortaq olmağa hazırdır. Yəni, onlar bu mənəvi hazırlığa yiyələnə biliblər. Səmadil müəllim yetirmələrini Bahar və Baharkimiləri anlayacaq qədər mənəvi gücə malik olan insanlar kimi formalaşdırmağa nail olub. Onlar Baharın düşdüyü vəziyyətə optimal qiymət verir, dövrü, zamanı, ətrafdakı insanları dəyərləndirməyi bacarır, Baharın mənəvi keyfiyyətlərini təhlil edir, onun hərəkətlərinə münasibət bildirir, Baharın yaşadığı dövrdə uşaq hüquqlarının səviyyəsini xarakterizə edirdilər.
Həm də bütün bunları 7-cilər məharətlə yerinə yetirir, obyektiv mövqe sərgiləyirdilər. Söz yox ki, bütün bunlar müəllimin metodoloji yanaşmasının, öyrətmə ustalığının sayəsində mümkün olmuşdur. Bilirik ki, real həyat səhnələri ilə zəngin olan “Bir gəncin manifesti” əsərinin kuliminasiya nöqtəsi əsərin qəhrəmanı Sona ananın “İtə ataram, yada satmaram” frazası ilə zənginləşir. Səmadil müəllim əsərin bu səhnəsini şagirdlər vasitəsilə sinifdə səhnələşdirməklə, Sona ananın bu yanaşmasını şagirdlərinin mənəvi dünyasının zənginləşməsinə xidmət edən bir vasitə kimi düşünmüşdür. Ümumiyyətlə, Səmadil müəllim bu əsərin mənəvi imkanlarından tam istifadə etməklə, şagirdlərinin düşüncəsində xeyirxahlıq, milli-mənəvi dəyərlərə rəğbət hissini formalaşdırmağa çalışdı və buna nail oldu. Nəhayət o, irəli sürdüyü suallarla mövzunu müasir dövrümüzlə əlaqələndirdi. Şagirdlər müasir dövrdə Azərbaycanın qoşulduğu uşaq hüquqları konvensiyasından, Azərbaycanda uşaq hüquqlarının qorunması sahəsində dövlət tərəfindən görülən işlərdən, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə uşaqların fiziki və mənəvi sağlamlıqlarının qorunması istiqamətində həyata keçirilən tədbirləri dilə gətirdilər. Bir məqamı qeyd etmək istərdim ki, Səmadil müəllimin 7-ciləri intekekual hazırlıqları ilə yanaşı, fikirlərini sərbəst, məntiqli ifadə etmək, qiraət bacarıqları ilə diqqəti cəlb edirdilər. Sözsüz ki, dərsin sonunda aparılan qiymətləndirmədə də bu, nəzərə alındı. Müəllim evdə hazırlamaq üçün ölkəmizdə uşaqlara olan dövlət qayğısı barədə esse yazmağı tapşırdı. Bu da öz növbəsində tətqiqat aparmağı zəruri edən mövzu idi. Səmadil müəllimin şagirdlərinin tədqiqatçılıq bacarıqları isə bu tapşırığın öhdəsindən gəlmək üçün kifayət qədər idi.

Ekspert sözü
REPORTAJ