Beynəlxalq təcrübə / 25 iyun 2019

UŞAQLARI ÖYRƏTMƏYİN, KÖMƏK EDİN ONLAR ÖZLƏRİ ÖYRƏNSİNLƏR

“Dünyanın təhsil mənzərəsi”
Uşaqları öyrətməyin, kömək edin onlar özləri öyrənsinlər
Keçmişlə deyil, gələcəklə yaşamaq istəyiriksə...
Məşhur alim, müəllim, təhsil tədqiqatçısı kimi tanınan  Suqata Mitranın uğurlu eksperimentləri dünyanın təhsil mütəxəssislərinin diqqət mərkəzindədir. Doğrudur, həmkarları onun  konsepsiyasını tez-tez, bəzən kəskinliklə tənqid edirlər, amma Suqata Mitra öz ideyasının elmi cəhətdən daha effektiv əsaslandırılmasını davam etdirdikcə, bu tənqidlər də öz qüvvəsini itirir. Onun Hindistanın kasıb məhəllələrində uşaqların təhsili ilə bağlı apardığı eksperiment, bəlli olduğu kimi, uğurla nəticələnib. Bu eksperiment məşhur yazıçı Vikasa Svarupanın roman ərsəyə gətirməsinə də yol açıb. Məhz bu roman əsasında çəkilən “Zibillikdən çıxan milyoner” dramı  Nobel mükafatına layiq görülüb.
 Bəs Mitranın konsepsiyası nə üçün belə çətinliklə qəbul edilir, onu nə üçün tənqid edirlər? Alimin işləri ilə tanış olduqca, bu sual da öz-özlüyündə aydınlaşır. Onun təhsil sisteminə yeni yanaşmalarının əsasını təşkil edən “Buluddakı məktəb” konsepsiyasının ənənəvi təhsil sistemi ilə ziddiyyət təşkil etməsi tənqidlərə yol açır. Əslində Suqata Mitra məsələni olduqca sadə şəkildə izah edir: uşaqlara internetə qoşulu kompüter verin. Onlar özləri özlərini öyrədəcəklər. Bu barədə yazımın birinci hissəsində bəhs etmişəm. Bir məqama yenə də toxunmaq istərdim ki, öz ideyasını TED konfransında paylaşan Suqata Mitra son illərin ən populyar spikeri kimi qəbul edilib. Bu çıxışına görə ona 1 milyon dollar qanorar ödənilib. Bu vəsasitlə də o, özünün “Buluddakı məktəb”ini yaradıb.
O, konstruktiv tənqidləri anlayışla qəbul edib öz konsepsiyasını inamlı şəkildə əsaslandıraraq deyir: ənənəvi məktəb ümidsizcəsinə yorulub, biz əgər keçmişlə deyil, gələcəklə yaşamaq istəyiriksə, köklü dəyişiklilər etməliyik.  
Suqata Mitranın https://habr.com saytına müsahibəsini təqdim edirik. Müsahibədə məşhur müəllim öz konsepsiyasının əsas məqamlarını açıqlayır, eləcə də müasir dünyanın təhsil problemlərinə aydınlıq gətirir.
SciOne:  Sizin fikrinizcə, bu gün uşaqlar dünya və insanlar haqqında nə bilməlidirlər? Onlara ilk növbədə nəyi öyrətmək lazımdır?
Suqata Mirta: Baxın, siz “Bilməlidirlər” dediniz. Mən əminəm ki, bu gün ən vacib olan elə budur. Uşaq vaxtı məni öyrədirdilər ki, öyrədilənləri bilmək və beyində saxlamaq lazımdır. Əgər siz bu gün kimdənsə nəsə soruşsanız bizim nəslimizin nümayəndələri “mən bilmirəm” deyə cavablandıracaq. Yeni nəsil isə tamamilə başqa cür reaksiya verəcək. Məsələn, “Bir dəqiqə gözləyin...”
SciOne: ...«Mən gedəcəyəm»?
Suqata Mirta: Bəli, mən hesab edirəm ki, bizə qızıl ortanı tapmaq lazımdır. Biz bilməliyik ki, beynimizdə nəyi saxlamaq olar, “özümüzlə cibimizdə nəyi daşıya bilərik.”

SciOne: Siz elə hesab edirsinizmi ki, insana müxtəlif fənlər üzrə minimum biliklər lazımdır? Bəlkə bir qədər az, bəlkə də əvvəllər lazım olduğundan az...

Suqata Mitra: Bizim biliklərimiz və yaddaşımız çox vaxt bizim nəzarətimiz altında olmur. Nəyin yadda saxlanılmasına, nəyin unudulmasına bizim beynimiz özü qərar verir. Ona görə də mən hesab edirəm ki, nəyi nə qədər bilməyin bizə lazım olduğunu müəyyənləşdirmək, bu barədə qərar vermək bizim işimiz deyil. Bunu bizim beynimiz özü həll edir. Nəyi saxlamaq lazım olduğunu özü müəyyən edir. Mən nə demək istərdim? – uşaq suallara cavab verməlidir. Əvvəlki nəslin nümayəndələrindən fərqli olaraq, yeni nəslin verilən suala cavab tapması yalnız onun biliklərindən deyil, onu axtarmaq bacarığından asılıdır. Əgər uşaq bunu bacarmırsa, narahat olmağa əsas var. Məsələn, mən uşaqdan soruşuram: Moskvadan Peterburqa ən ucuz yolla necə getmək olar? Ola bilər ki, uşaq belə cavab versin: “Mən atama zəng edə bilərəm?” – o zəng edir və mənim sualımı cavablandırır. Mənim dünyagörüşümə görə bu, normaldır.  

SciOne: Bu, sadə sualdır. Amma elə çətin suallar ola bilər ki, onu internetdə iki dəqiqəyə tapmaq olmaz. Əgər söhbət çətin ideyalar və öyrənmə yollarından gedirsə, yaxud nə isə başqa, müəllim bu aspektlərə diqqət ayırmalıdır. Buradan belə bir sual da yaranır: uşağın biliklərini istiqamətləndirmək lazımdırmı?
Suqata Mitra: Birmənalı cavab yoxdur. Əgər uşaqları düşünməyə vadar edən çətin suallardan danışırıqsa, bu zaman google də kömək etmir və hazır cavab da yoxdur. Uşaqlara elə sual vermək lazımdır ki, onlar cavab axtararkən fərqli nəzər nöqtələrinin, həll yollarının olduğunu dərk etsinlər. Problemə müxtəlif prizmalardan yanaşmaq lazım olduğunu bilsinlər. Mən demək istəyirəm ki, bunu öyrətmək lazım deyil, sizin öz yanaşmanız olmalıdır və uşaqlar özləri nəticə çıxarmalıdırlar. Hər şeydən əvvəl mən öz işimdə görürəm ki, bu, sualın dərindən dərk olunmasına və böyük marağa səbəb olur. Buna görə də siz: “Mən necə lazım olduğunu göstərirəm” deyirsiniz.
SciOne: Ola bilər ki, təlimat verilməsin, sadəcə şagird özünün tapa bilməyəcəyi suallarla tanış edilsin...
Suqata Mitra: Əlbəttə, bu, vacibdir.  
SciOne: Suallarla tanışlıq təhsilin bir hissəsi olmalıdır.  
Suqata Mitra: Bu çox vacibdir. Siz məsələnin mahiyyətinə toxundunuz. Uşaqlar həvəsli olurlar. Onlar suallar verməyi xoşlayırlar. Biz bunu mükafatlandırmalıyıq. Yeni suallarımızla onlarda daha böyük maraq oyatmalıyıq. Əgər siz soruşsanız: “Nə üçün ağac, onun yarpaqları yaşıldır?”, bu, pis sual olmayacaq – uşaqlar bunun xlorofillə bağlı olduğunu söyləyəcəklər. Sonra isə “Niyə məhz yaşıldır, təbiət onu nə üçün qırmızı, yaxud mavi etməyib?” – bu, artıq çətinlik yaradacaq. Cavabı özünüzün də bilməyiniz vacib deyil. Uşaqlara, qulaq asın, mən özüm də bu cavabı bilmirəm, deyə bilərsiniz. Burada faciə yoxdur. Əksinə, uşaqların özlərinin daha çətin sualların cavabını axtarmasında, öyrənməsində və nəticəyə gəlmələrində fayda var. Vurğulayım ki, bu adəcə çoxluqdur- elə onların özləri də. Dərketmə (və ya tanıma)  kollektiv aparılmalıdır, çünki onlar birlikdə müzakirə etməyə başlayırlar.

SciOne: Siz texnoloji sinqulyarlıqdan qorxursunuz?
Suqata Mitra: Qətiyyən qorxmuram. Mən İlon Maks və Stiven Hokinq deyiləm ki, süni intellektin insanlığa son qoyacağını söyləyim. Biz təbiətlə birgə dəyişirik. Amma bu dəfə hər şey fərqlidir: biz bu dəyişikliyi idarə edirik. Planetin təkamülü tarixində biz ilk dəfə olaraq onu idarə edirik. İnsan öz təkamülünü idarə edən yeganə canlıdır. O,  hara getdiyini bilmir, amma yenə də idarə edir.
Mən nə üçün  qorxmalıyam? Mən onu qəbul edirəm - o bizdən daha yaxşı olacaq. Əgər belə  olmasa o  yox olacaq.  Əgər yaxşıdırsa  onda biz gedərik. Buna görə də ona yol verməliyik.
SciOne: Əgər təhsildən danışırıqsa, siz müəllim və pedaqoqların gələcəkdə yerini görürsünüzmü? Sizin fikrinizcə, bu gün müəllimlər gələcəyə hazırlaşa bilirlərmi? Bu peşə sahiblərinin gələcək dünyada yaşamaq imkanları varmı?
Suqata Mitra: Mənim fikrimcə, yaradıcı müəllimlərə gələcəkdə daha çox ehtiyac duyulacaq.
SciOne: Siz deyirsiniz ki, uşaqlara faktları öyrətmək lazım deyil, onları ümumiyyətlə öyrətmək lazım deyil, biz onlara suallar haqqında danışmalı, onlarda maraq oyatmalıyıq. Bəs bacarıqlarn inkişafı, bilik əldə etmə metodları, informasiya seçimi necə olacaq? Bunu tənqidi olaraq qəbul etmək nə dərəcədə doğrudur? Uşaqlar bir-biriləri ilə necə ünsiyyət quracaqlar? Biz deyə bilərikmi ki, onlara təcrübə, rəhbərlik lazımdır (mənim fikrimcə bu lazımdır...)? Ümumiyyətlə, uşaqların bir-birilərini öyrətmələri üçün hansı bacarıq və biliklərə ehtiyacları var?

Suqata Mitra: Mən öz işimdə təəccüblə müşaidə etmişəm ki, əgər uşaqlara məsələləri müstəqil həll etmək üçün imkan yaradırsınızsa, əməkdaşlıq etmək və dinləmək bacarığı özü-özünə yaranır. Mən bunu  “Özünütəşkil edən təhsil mühiti”  adlandırıram. (Самоорганизованная Среда Обучения (ССО). Bacarıqlar əlavə təsir kimi meydana çıxır. Mən uşaqların necə dəyişdiyini müşahidə edirəm. Diqqət dağınıqlığı, fikirləri ifadə edə bilməmək,  tündməcazlıq, səssizlik, bütün bunlar uşaqların bir arada olması ilə tənzimlənir və onlar bir-birilərini dinləyirlər. Müşahidə edirəm: “- Sən nə tapmısan? Bu, o sayt deyil, mən sənə daha yaxşısını göstərərəm.” Mən düşünürəm ki, uşaqlar bu keyfiyyətləri özləri əldə edə bilərlər. Bəli, siz onların yanlarında olub, onları izləyə və bir-birilərini itələmələrinin, bir-birilərinə maneçilk törətmələrinin qarşısını ala bilərsiniz. Amma bu da çox vacib deyil. Onlar başa düşəndə ki, maneçilk heç bir fayda gətirmir, özləri sakitləşəcəklər. Mən düşünürəm ki, uşağın intellektini hərəkətə gətirmək lazımdır, hansıkı hazırkı təhsil sistemində o tamamilə hərəkətsizdir. Bunları edin və hətta gözlədiyinizdən artıq nəticənin özü-özünə gəldiyinin şahidi olacaqsınız. Homo sapiens doğuluşdan düşüncəlidir. Biz düşünməyi sevirik. Amma bəzən sistem bunu etməyə bizə mane olur. Bizə deyirlər:”Nə düşünürsənsə, diqqətli ol!” Bu qadağa yaxşı bir şey vəd etmir.  
SciOne: Siz öz tədqiqatlarınızda xatırladırsınız, ona görə də sizdən soruşmaq istəyirəm ki, təhsil sahəsində sizi hansı tədqiqatlar ruhlandırır? Hansı yeni ideyalar, hansı elmi, pedaqoji faktlar, əsərlər və işlər sizin diqqətiniz cəlb edir?
Suqata Mitra: Bunlar olduqca çoxdur və onların bəziləri hədsiz dərəcədə sadədir. Mən adını unutduğum, Osborn soyadlı, Yeni Zelandiyadan olan bir adam haqqında eşitmişəm. O, təhsil müəssisəsinin arxitekturası haqqında çox sadə şeylərdən bəhs edir: böyük pəncərə - həmişə yaxşıdır. Böyük pəncərələr diqqətin inkişafına kömək edir. Sinif nə qədər işıqlıdır, nə qədər səslidir. Bütün bunlar uşaqların öyrənmə qabiliyyətinə təsir edən ekoloji faktorlardır. Sinfin şəraiti şagirdin azad düşüncələrinə qol-qanad verməlidir. Sənaye dövründə biz bunun əksini görürük – birbaşa künc və eynilik, bəzən pəncərəsiz otaqlar... Bunu dəyişmək zəruridir.


SciOne: Siz necə hesab edirsiniz, ümumiyyətlə uşaqların bir yerə toplaşıb dərs aldığı müəssisə - məktəb binası lazımdırmı? Yoxsa bunu başqa bir yerdə etmək lazımdır? Evdə, yaxud başqa bir müəssisədə? Necə bilirsiniz, bu istiqamətdə böyük bir dəyişikliyə ehtiyac varmı?

Suqata Mitra: Əgər uşaqlıq çağlarımızdan danışırıqsa, biz hər birimiz məktəbə yalnız bir səbəbə görə gedirik – dostlarımıza görə...Biz məktəbə gedirik ki, dostlarımızı görək, bu, dəyişməzdir. Bizim təhlükəsiz məkana ehtiyacımız var. Elə bir məkana ki, orada bizə dəstək var. Biz orada özümüzü təbii olaraq apara bilirik. Dostlarımızla görüşdüyümüz yer məhz belə bir məkandır. Burada onlar necə oxuyacaqlar? Mənim fikrimcə bu, ikincidərəcəli məsələdir. Əgər onlara ruh verən mühit varsa, onlar istənilən halda oxuyacaqlar. Üstəlik sizin seçdiyiniz təlim metodu da bu zaman uşaqların köməyinə gələcəksə...Verəcəyiniz sərbəstlik onları işləməyə daha da ruhlandıracaq. Əksər uşaqlar suallarla təkbaşına qaldıqda, nə edəcəklərini bilmirlər, cavab axtarıb tapa bilmədikdə vaxtlarını boş yerə sərf edirlər. Mən hesab edirəm ki, məktəblər itməməlidir, onlar ünsiyyət, görüş yeri kimi qalmalıdır. Hər halda yaxın gələcək üçün mən belə düşünürəm.  

SciOne: Siz daim məsləhət görürsünüz ki, nə qədər ki, uşaqlar təhsil alırlar, onları tərifləmək və elmə təşviq etmək lazımdır. Əgər sirr deyilsə, bunu necə etmək lazım olduğu haqda danışardınız. Məsələn, uşaqları mükafatlandırmaqla, onların arasında rəqabət mühiti yaratmaq lazımdırmı?
Suqata Mitra: Mən rəqabətin pərəstişkarı deyiləm. Belə bir misal gətirim: Hindistanın Nyu-Dehli şəhərində alternativ məktəblərin birində oldum. Bu çox yaxşı məktəb idi. Mənim də oğlum orada oxuyur. Onlarda idman günü idi. Mən valideyn sevgisi isə oğlumun qalib olan zaman sevinclə səsləndiyinin şahidi oldum. Sən nədə qalib oldun deyə mən soruşdum. Mən kross qaçmışam, o cavab verdi. Soruşdum: sən birinci oldun? O, heç nə anlamırmış kimi cavab verdi: “Bu nə deməkdir? Hamı finişə qədər qaçdı və mənim kimi hamı medal aldı.” Məni isə ciddi şəkildə düşündürürdü, vacib olan nədir: kim birinci gəlib, yoxsa kim finişə qədər gəlib?
Bu misal, mənim belə bir qənaətə gəlməyimə kömək edir ki, uşaqlar arasında keçirilən yarışlar heç də yaxşı bir şey deyil. Bu, bir halda yaxşı nəticə verə bilər: əgər siz şagirdlərinizdən əsgər hazırlayırsınız. Yox əgər onlar digər peşə sahibi kimi yetişəcəklərsə, siz onlara başqa insanlara uğur əldə etmələri üçün kömək etməyi öyrədin. Əgər biz hamımız belə etsək, bizə yarışmağa ehtiyac qalmaz.
SciOne: Sizcə hansı mərhələdə biz tədris prosesindən qurtulmalıyıq. Əgər biz orta məktəbi saxlayırıqsa, uşaqlar onu neçə yaşına qədər ziyarət etməli və neçə yaşında həyatın qoynuna atılmalıdırlar?
Suqata Mitra: Sizin sualınızdan belə anlaşılır ki, məktəb gerçək həyatdan kənardadır.
SciOne: Razıyam, amma sözümdən belə çıxdı.
Suqata Mitra: Mən hesab edirəm ki, o real dünyadır və həyatın bir parçası olmalıdır. Neçə yaşdan başlamalı? – mən deyə bilmərəm, ola bilər, iki ya üç... Bəs neçə yaşda başa vurmalı? – mən bu sualı anlamıram. Mən metaforanı xatırlayıram. Həyat səyahətdir, bizim yükümüz isə bizim beynimizdir. Və ilk 17 ildə bu çemodanınız bağlıdır. Bütün əşyalarınız da onun içindədir. 17 yaşınızdan sonra siz çemodanı açıb onun içindəkilərdən istifadə etməklə həyat yolunuza davam edə bilərsiniz.
Belə bir dünya yoxdur. O zaman belə bir sual meydana çıxır. Nə üçün bəs bunları toplayırsınız, hər şeyi bir yerə yığırsınız ki, həyatda istənilən vaxt gərəyiniz olacaq. Bəs o zaman nə vaxt gələcək ki, buna ehtiyacınız olacaq? Yəni topladıqlarınızı nə zaman istifadə edəcəksiniz?
SciOne: Əgər mən düzgün anladımsa, siz hər bir şagirdin təhsil yoluna fərdi yanaşma təklif edirsiniz. O, şagirdin arzu və motivasiyası ilə müəyyənləşir. Bu halda hər hansı bir kriteriyalar, standartlar ola bilərmi? Ümumiyyətlə, bu zaman uşağın inkişafını necə qiymətləndirmək olar?
Suqata Mitra: Mən əmin deyiləm ki, biz kiminsə tərəqqisini qiymətləndirməliyik. Uşaq - bu bina deyil ki, siz onu layihələndirib tikəsiniz. Amma bir çox insanlar belə deyirlər: “Sən  belə olmalısan”, bina kiimi. Uşaq bitki kimi, ağac kimidir. Bütün ağaclar öz-özünə böyüyür: eyni boyda böyüyən iki budaq tapılmaz. Bu məgər bizə mane olur? Biz nə istəyirik? Biz sağlam ağac istəyirik, hansı ki sağlam meyvələr, yaxşı rəng və s. verəcək. Vaxtında suvarırsan, bəzi gübrələr verirsən və o özü-özünə böyüyür.  Düşünürəm ki, insanlar buna da mane olur.
SciOne: Biz qiymətləndirmirik, qiymət qoymuruq, uşaqların rəyini izləyirik və qarşılıq veririk – çünki bu, vacibdir, mən belə anlayıram. Uşaqlar daha yaxşı olmağa çalışırlar. Buna görə də onların öyrənmələri vacibdir. Bu vacibdir, amma necə etmək lazımdır?

Suqata Mitra: Çətin sualdır. Mən belə deyərdim: bəli, qarşılıq varmək vacibdir. Uşaqlar oyun zamanı qarşılığı kimdən alırlar? Bir-birilərindən. Bəzən isə kifayət qədər sərt formada: “Bu dəhşətdir, sən düz eləmirsən!” Təlimdə bu, bəzən tənbehə əsaslanır. (“Bu  belə deyil, daha yaxşısını edin!”). Bəzən mən başqa bir formada eksperiment aparıram, məsələn, əgər uşaqlardan biri uğurlu bir rəsm çəkməyibsə, siz imkan verməyin ki, uşaqlardan hansısa biri onun səhvini aradan qaldırsın. Uşağın özünə rəsmi yeni bir variantda yaratmağı təşklif edin.  O, cəhd edəcək. Sonra siz sinfə müraciət edin: “İndi bir qədər yaxşıdır, elə deyilmi?” - demək mümkündür. Düşünürəm ki, ən yaxşısı belə bir rəy vermək mümkündür: “Sizdə sadəcə rənglər yaxşı deyil.” Siz uşaqlara işlərini təkmilləşdirməyə imkan verin, onları danlamayın, onlar özləri özlərini təkmilləşdirəcəklər.
SciOne: Əgər biz uşaqlara kompüter, internet, geniş həcmdə informasiya versək və onları nəzarət etməsək, bəs onlar bu məlumatları süzgəcdən keçirməyi necə öyrənəcəklər? Belə bir vəziyyətdə onlar öz tənqidi təfəkkürlərini inkişaf etdirə biləcəklərmi?
Suqata Mitra: Bilirsinizmi, mən görmüşəm ki, düzgün təşkil edilən ortamda uşaqlar bacarıqlara necə tez və müstəqil şəkildə yiyələniblər. İki il bundan əvvəl mən Londonda oldum. Biz orada CCO çərçivəsində doqquzyaşlı uşaqlarla geologiyanın çətin suallarını müzakirə etdik. Onlar iş prosesində müxtəlif çətinliklərlə qarşılaşsalar da, nəticədə parlaq çavabları ilə diqqətimi cəlb etdilər. Mən onlardan çətinlikləri barədə soruşanda cavabları belə oldu: müxtəlif saytlardakı informasiyalar bir-birindən fərqlənir. Onlar bu çətinlikləri aradan qaldırmaq, düzgün cavabları tapmaq üçün üç, bəzən isə dörd sayta müraciət etməli olublar. Sonra isə birlikdə nəticələri müzakirə edib ortaq məxrəcə gəliblər. Mən şagirdlərin bu cavablarını möcüzəli cavab hesab edirəm.Bu elmi tədqiqat işi aparmağa bənzəyir. Hansı ki, uşaqlar bu nəticəni 40 dəqiqəyə əldə etmişdilər.
SciOne: Siz uşaqların məktəbi idarə etmələri layihəsi barədə nə düşünürsünüz? Bunu “demokratik məktəb” adlandırmaq olarmı?
Suqata Mitra: Mən belə bir məktəbdə olmuşam və onun yaradan centlmenlə - Yakov Xektlə tanışam. O, çox ağıllı adamdır.
SciOne: Bu məktəb fəaliyyətdədir?
Suqata Mitra: Bəli fəaliyyətdədir, amma bu o demək deyil ki, mən onunla tam razıyam.
SciOne: Nə üçün?
Suqata Mitra: Məsələ belədir. Ola bilər ki, indi məndən eşidəcəklərinizi təəccüblə qarşılayacaqsınız. Beş yaşlı uşaq avtomobil yolunu keçməyə hazırlaşır. Qarşıdan da avtomobil gəlir. Onun təhsili ona kömək edə bilərmi? - əlbəttə ki, yox. Bəs nə etmək lazımdır. Ona qucağa alıb yolu keçirmək və bir daha belə etməməyini tapşırmaq lazımdır. Vəziyyət tələb edir ki, biz məhz belə addım ataq. Əgər siz əminsiniz ki, etdikləriniz doğrudur və o təhsilin üç prinsipinə - Xoşbəxtlik, Sağlamlıq və Faydalılıq prinsiplərinə cavab verirsə, bu, inkişafa zəmin yaradırsa, o zaman hərəkətə keçə bilərsiniz. Əlbəttə ki, “Belə etməyin” deyə bilərsiniz.
SciOne: Bəs nəyi müəllimin iştirakı olmadan öyrətmək olmaz?
Suqata Mitra: Söyləmək çətindir. Heyvanlara baxın. Onlar kiçik müdaxilələrlə hər şeyi özləri öyrənirlər. Quşun öz balalarına uçmağı öyrətməsi haqqında qədim pritçanı siz bilirsiniz. Quşlar balalarına uçmağı öyrədən zaman onları yuvadan itələyirlər.
SciOne: Amma elə heyvanlar və quşlar da var ki, onlar əşyalarla davranmağı öyrədirlər. Məsələn şimpanzelər, qarğalar – onlar öyrədirlər.
Suqata Mitra: Bəli, sözsüz. Hətta delfinlər də. Çox şeyi özümüz öyrənə bilərik, sadəcə bəzən bunun üçün çox vaxt lazım olur. Buna görə də valideynlər özləri öyrətməyə başlayırlar. Amma valideyn uşağına deməlidir: “Mən səni ona görə öyrətmirəm ki, sən bunu özün öyrənə bilməzsən, sən bacararsan, amma bu, çox vaxt aparacaq. Ona görə də mən göstərirəm. Sən etiraz etmirsən ki?” Uşaqların çoxusu bununla razılaşır. Siz nə üçün göstəriş verməyinizin səbəbini izah etməlisiniz. Bəziləri bunu etmirlər. Uşaq axı sual verəcək: nə üçün? “Böyüyərsən bilərsən” – bu yaxşı nəticə vəd etmir.
SciOne: Tədqiqatlara qayıdaq. Təhsil sahəsindəki tədqiqatları bu gün daha çox hansı istiqamətlərə yönəltmək daha doğru olar? Hansı açıq qalmış suallara biz bu gün ilk növbədə cavab verməliyik?
Suqata Mitra: Qiymətləndirmə, burada xüsusilə qeyd etməliyəm ki,  bizə yeni qiymətləndirmə sistemi lazımdır. Bəzi adamlar hesab edirlər ki, belə bir qiymətləndirməni ümumiyyətlə yığışdırmaq lazımdır. Mən bununla razı deyiləm. Hansısa formada qiymətləndirmə olmalıdır. Tutaq ki, sizin beş min məzununuz var, amma iş yeriniz cəmi min nəfər üçün nəzərdə tutulub. Necə seçim edəcəksiniz? Bu suala cavab vermək üçün qiymətləndirmə lazımdır. Amma bu, imtahan formasında olmalı deyil. Aydın göstəricilər vardır ki, imtahan nəticələri real həyatla əlaqəli deyil. Əgər bu belədirsə, biz bunu niyə etməliyik? Mən bilmirəm yeni sistem necə olmalıdır. Amma ümid edirəm ki, bizdə elə bir qiymətləndirmə olacaq ki, o insanın neyrofizioloji anlayışlarına əsaslanacaq. Tibbdəki minimal invaziya kimi. Bir zamanlar həkim xəstəliyi anlamaq üçün xəstənin sinəsini döyəcləyirdi.. Bu gün stetoskop, MRT, 3D – son yüzillkdə tibbdə qiymətləndirmə metodları ciddi şəkildə dəyişib. Bəs nə üçün oxşar dəyişikliklər təhsil sahəsində baş verməyib? Hər yerdə eyni imtahan nəticələridir. Mən hesab edirəm ki, qiymətləndirmə sistemini təcili olaraq araşdırmaq lazımdır. Mən özüm də bu qiymətləndirmədə iştirak etmək istəyirəm. Amma hələ konkretlik haqqında danışmaq tezdir. Amma əminəm ki, uşağın qavrama səviyyəsini qiymətləndirmək və buna yeniliklər gətirmək barəsində hamını tezliklə maraqlandırmaq lazımdır.
SciOne: Elə məktəblər var ki, onlar istedadı, xüsusi bacarığı olan uşaqlarla ayrıca məşğul olurlar. Sizcə istedadlı uşaqlar nədəsə fəqlidirlərmi və onları başqalarından fərqli öyrətmək lazımdır?
Suqata Mitra: Mən hesab edirəm ki, bizim beynimiz və bacarıqlarımız təbiətdə olduğu kimidir. Bu, riyaziyyatda Qaus paylanması adlanır. İnsanların kiçik bir hissəsi orta səviyyədən bir qədər uzağa gedir, bəziləri çox geridə qalır. Bizlərdən əksəriyyətimiz orta səviyyədəyik. Məktəb məhz bu orta səviyyə üçündür. Əgər siz bununla razısınızsa, onda sizin sualınıza bu cavab şübhəsizdir: Bu iki sonuncu qeyd etdiklərim üçün təhsil fərqli olmalıdır.
 SciOne: Məktəbdən kənarda həyat çox mürəkkəbdir. Uşaq yetkinlik yaşına qədəm qoyduqda, onun hansısa bir sistemin hissəsinə çevrilməsi labüddür. Məsələn, o, ya ictimai, ya da dövlət sektorunda çalışır. Bəs bu necə qurulur? Əgər o, azad ruha sahib olsa,  real həyatda yaşaya biləcək?  
Suqata Mitra: Gələcəkdə dünyada maşınların rolu daha çox olacaqdır, bu, labüddür. Bu gün də maşınlar çox işləri icra edirlər. Azad ruhlu insanın yaradıcı işi isə korporasiyalara həmişə lazım olacaq. Bu gün isə korporasiyalar yaradıcı adamlara o qədər də etibar etmirlər. Mənim cavabım belədir: bəli, azad, unikal ağaclar korporasiyaların inkişafına şərait yaradacaq, amma bir şərtlə, gərək onlar üçün lazım olan ortam yaradılsın.  
SciOne: Dissertasiyalardan və təhsilin səviyyəsindən çox danışılır. Bu gün məktəblər universitetlərdən ciddi şəkildə fərqlənirlər. Və biz məktəb quruculuğundakı dəyişikliklərdən, buna necə nail olmaqdan bəhs edirik. Ümumiyyətlə gələcəkdə universitetlər olacaqmı, yoxsa onlar məktəbin bir hissəsinə çevriləcəklər?

Suqata Mitra: Müasir təhsil sistemi və məktəblər yuxarıdan aşağıya doğru işləyir. Bunu izah edim. Siz eşidirsiniz, sizə deyirlər ki, müəllim sizi öyrədir, siz yadınızda saxlayasınız, sonra imtahan olacaq. Siz universitetə daxil olursunuz. Orada da proses davam edir – mühazirələr, konspekt, imtahan – ola bilər bir qədər fərqli olsun. Sonra magistratura gəlir – təxminən eyni ahənglə davam edirsiniz. Ola bilər ki, hansısa mövzuda, müəyyən həcmdə esse yazmaq tapşırığı alırsınız. Sənə deyirlər, sən də oxuyursan, yazırsan...Nəhayət sistemin yuxarı – aspirantura pilləsinə qədəm qoyursan. Bəs burada nə ilə qarşılarısan? Sizə heç kəsin bilmədiyi sualları verirlər. Sizin, əksər hallarda tapa bilmədiyiniz çox vaxt səfərlərdə olan elmi rəhbəriniz də var. Siz təksiniz, ancaq ətrafınızda bol məlumat var. Mənim indiyə qədər yadımdadır, aspiranturaya qəbul oldum (yeri gəlmişkən, mən mövcud sistem üçün çox yaxşı tələbə olmuşam: “dinlə-yaz-yadda saxla” prinsipinə əməl etmişəm.) və nə etmək lazım olduğu barədə düşünməyə başladım. Aspirantura təhsil sisteminin ən qiymətli mərhələsidir. Universitet tədqiqat üçündür, bakalavriat üçün yox. Universitetlər müəyyən sərhədlər daxilində, müəyyən sahələr üzrə ciddi tədqiqatlar aparıb nəticələr yaratmalıdırlar. Meydana elmi tədqiqat işləri qoymalıdrlar. Buna nail olacaqları təqdirdə onların yaxşı gələcəkləri olacaq.

Sizin sərbəst öyrənmə mühitinin təşkil olunması ideyanız, hansıkı uşaqlara öyrənmə prosesində  yüksək dərəcədə azadlıq verməyi nəzərdə tutur, çoxsaylı müasir düşüncəli valideynlərin marağındadır. Amma onlar narahatdırlar ki, belə sərbəst mühitdən sonra klassik ali məktəbdə necə təhsil alacaqlar? (Sual gənc valideyn tərəfindən ünvanlanıb)

Suqata Mitra: Mən İngiltərədə və Hindistanda  “Özünütəşkil edən təhsil mühiti”ndən keçmiş tələbələrimlə görüşdüm. Onlar dedilər: “Siz bizi heç vaxt xəbərdarlıq etmədiniz ki, bir daha “Özünütəşkil edən təhsil mühiti”ndə olmayacağıq. Mən onlardan buna görə üzr istədim. Və nə baş verdiyini soruşdum. “Universitet mühazirələrində bizə öyrədilənləri 5 dəqiqə ərzində googledə tapmaq mümkün idi” dedilər. Onlar çox heyrətlənmiş kimi görünürdülər.

Hindistanda aspiranturada təhsil alan keçmiş tələbələrim də maraqlı fikirlər səsləndirdilər: “5 il bakalavr və magistratura təhsilində əsl cəhənnəmi gördük. İndi isə aspiranturada cənnəti yaşayırıq – dissertasiya yazırıq. Aspiranturada “Özünütəşkil edən təhsil mühitindən məmnunuq” dedilər.


SciOne: Siz cəmiyyətin gələcəyini necə görürsünüz? Təhsil mütəxəssisi kimi, necə düşünürsüz, cəmiyyət gələcəkdə necə olmalıdır?
Suqata Mitra: Cəmiyyətin dəyişməsi lazımdır. Biz bu gün sənayeləşmiş sənayesiz cəmiyyətdə yaşayırıq. Əlbəttə ki, biz dəyişməliyik, amma necə? Bəzən məndən soruşurlar: “Baxın, əgər bütün peşələr itsə, insanlar neyləyəcəklər?” – yaratmalıyıq...Biz Homo sapiens idik, indi müdrikik. Biliklər köhnəlib, biz yeniliklər meydana gətirməliyik.

SciOne: Bugünkü gənclərə, gələcəyin valideynlərinə, hansıkı həm özləri oxumaq istəyirlər, həm də övladlarının təhsil alması arzusundadırlar, onlara məsləhət verərdiniz, bu gün necə oxumaq lazımdır?
Suqata Mitra: Darıxdırıcı işlərlə məşğul olmayın. Keçən günə nəzər salın: düşünün ki, gün sizin üçün darıxdırıcı keçdi, ya yox. Əgər darıxdırıcı məqamlar varsa, onları aradan qaldırın. Bəzən belə işləri görmək məcburiyyətində olursunuz, amma imkan varsa onları başqalarının öhdəsinə buraxın. Suallar verin və yeni məlumatlar əldə edin. Hər bir işə maraqla yanaşın. Siz kimsiniz? Siz niyə beləsiniz? Siz haradasınız? Bizim yolumuz yaradıcı yol olmalıdır – biz axı maşın deyilik. Biz elə bir iş görməliyik ki, yeni olsun, cəmiyyət ondan faydalansın...
SciOne: Maraqlı müsahibəyə görə təşəkkür edirik.

Tərcümə: Böyükağa MİKAYILLI
Mənbə: https://habr.com